Almaniyanın iqtisadiyyat naziri, vitse-kansler Robert Habek ölkənin şist qazının hasilatı və Rusiya qazından imtina edilməsi ilə bağlı planlarını açıqlayıb.
Habek Almaniyanın şist qazı hasilatı planlarını təkzib edib. Onun fikrincə bu, ölkənin ekologiyası üçün mənfi nəticələrə səbəb ola bilər və bu səbəbdən Berlin Rusiya qazından dərhal imtina etməyə hazır deyil.
“Qaza təcili şəkildə embarqo qoyularsa, bu, Almaniyada sosial nizamı təhlükə altına sala bilər” – deyə siyasətçi fikrini izah edib.
Nazir əlavə edib ki, Almaniyada şist qazının böyük ehtiyatları var, lakin onun hasilatı üçün hidravlik qırılma proseslərinin həyata keçirilməsi tələb olunur ki, mədən yerlərinin işlənməsi və bu fəaliyyət üçün icazələrin alınması isə illər çəkəcək.
“Su Ehtiyatları Qanununa əsasən bu çətindir, belə ki, hasilatın bu üsulu ətraf mühit üçün mənfi nəticələrə səbəb ola bilər. İndi bizim bu fəaliyyətlə məşğul olmaq istəyən heç bir müəssisəmiz yoxdur”, – deyə Habek fikrini yekunlaşdırıb.
Habek bundan əvvəl Rusiya qazından imtina edilməsinin sosial sülhə yaradacağı təhlükə barədə danışmışdı. Eyni zamanda o, Almaniyanın “çox yaxşı irəlilədiyini” də qeyd etmişdi.
Mənbə: Lenta.ru
İqtisadiyyat
Almaniya Rusiya qazından imtina etməsi ilə bağlı planlarını açıqlayıb
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər