“Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkənin iqtisadi vəziyyətinə çox güclü təsir edib, lakin onların tam təsiri bu ilin yayında olacaq”.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin Rusiyanın iqtisadi və sosial coğrafiyası kafedrasının professoru Nataliya Zubareviç deyib.
İqtisadçı Rusiya iqtisadiyyatında artıq mövcud olan dəyişikliklərdən danışıb: “Tətbiq olunan sanksiyalar fonunda problemlər hələ yeni başlayır. Xaricdən gətirilən komplektləşdirici məhsullarla işləyən bütün müəssisələr zərər çəkəcək. Hamının ehtiyatı var idi və o, aprel-may aylarında tükənəcək. Bundan sonra nə ilə işləyəcəklər? Bax, bu, aydın deyil. Məhdudlaşdırıcı tədbirlər maşınqayırma sektoruna da təsir edəcək. Lakin indiyə qədər bu cür problemlər çox az şəkildə üzə çıxıb, çünki hamının ehtiyatı var idi. Şirkətlərin Rusiya bazarından getməsi ilə əlaqədar avtomobil sənayesi də dəyişikliklərə məruz qalıb”.
N.Zubareviç qeyd edib ki, Rusiya vətəndaşları, çox güman, yaya qədər işsizlik səviyyəsində də artım hiss edəcəklər: “Hələlik işsizliklə bağlı nəsə demək mümkün deyil, çünki insanları işdən çıxarmırlar, məzuniyyətə göndərirlər və maaşlarının bir hissəsini verirlər. Yaya qədər onun da səviyyəsi artacaq, çünki Rusiyada əmək məcəlləsinə əsasən, insanları məşğul kimi saxlamaq və azı üç ay onlara maaşın tarif hissəsini ödəmək olar”.
İqtisadiyyat
“Rusiyalılar yaya qədər sanksiyaların təsirini tam hiss edəcəklər”
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə