Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İnterconnector Greece – Bulgaria: IGB) inşası razılaşdırılmış müqavilə müddətlərinə uyğun olaraq cədvəl üzrə davam edir.
“Report” İGB-nin rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri IGB-nin Bolqarıstan üzrə layihə rəhbəri Teodora Georgieva bu günlərdə Sofiyada Bolqarıstan Prezidenti Rumen Radevin himayəsi altında Üç Dəniz Təşəbbüsünün Bolqarıstanda keçirilməsi çərçivəsindətəşkil olunan dəyirmi masa zamanı bildirib.
Onun sözlərinə görə, boru kəmərinin ən mürəkkəb iki mərhələdən biri olan İGB-nin Dimitrovqrad yaxınlığında Maritsa çayı altından keçməsi bu günlərdə uğurla başa çatıb.
T. Georgiyeva IGB-nin Bolqarıstanın ekoloji və davamlı həll yollarına enerji keçidində oynaya biləcəyi mühüm rolu qeyd edib. O bildirib ki, Avropa İttifaqı yaşıl iqtisadiyyat üçün yüksək hədəflər qoyur və sıfır karbon izini əldə edir. Şübhəsiz ki, bu istiqamətdə yeni həllərin iqtisadi baxımdan rasional şəkildə tədricən tətbiq ediləcəyi bir keçid dövrü olacaq. Bu, həmçinin təbii qazın keçid enerji mənbəyi kimi əsas rol oynaya biləcəyi və Bolqarıstanı gözləyən bir yoldur. Ağıllı və effektiv bir həll ölkədəki kömürlə işləyən istilik elektrik stansiyalarını təbii qaza çevirmək olar. Bu, eyni zamanda IGB boru kəməri ilə sinerji yaratmağa imkan verəcək. Transformasiya karbon dioksid emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq və bu şirkətlərin xərclərini optimallaşdıracaq”.
T. Georgiyevanın sözlərinə görə, bu da ölkədəki enerji istehlakçılarına müsbət təsir göstərəcək: “Bu model Bolqarıstanı Aİ-nin ümumi hədəflərinə yaxınlaşdıracaq və bizə hidrogen və tam karbonsuzlaşmaya gedən yolda ilk addımları atmağa kömək edəcək. Ölkəmiz üçün yaşıl iqtisadiyyata keçidlə bağlı xüsusi plana malik olmaq olduqca önəmlidir”.
Onun sözlərinə görə, IGB-nin tikinti işləri sabit templə davam edir və infrastrukturun 2021-ci ilin sonunadək hazır olacağı gözlənilir: “Boru kəmərinin 100 km-dən çox hissəsi hazır vəziyyətə gətirilərək xəndəklərə endirilib, 25 kilometrdən az hissə qaynaqlanacaq. Həmçinin, Dimitrovqrad yaxınlığında Maritsa çayı altından keçən hissəsində birləşdiricinin kəsişməsi də uğurla başa çatıb”.
İGB rəsmisi bildirib ki, bu, ilk növbədə çay yatağının altındakı kompleks geologiya işlərinə görə layihədəki ən böyük texniki problemlərdən biri idi. Bütün proses cəmi 28 gün davam etdi və son mərhələ bütün boru kəmərinin çəkilməsi 10 saatdan çox çəkib”.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində
İqtisadiyyat
İGB-nin inşasında ən böyük texniki problemlərdən biri həll edildi
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə