Kənd Təsərrüfatı naziri İnam Kərimov Lənkəranda salınan yeni sitrus bağları ilə tanış olub, çay və çiyələk plantasiyalarına, kümxanalara, aqroekoturizm obyektlərinə baş çəkib.
Oxu.Az-a istinadən xəbər veririk ki, verilən məlumata əsasən, səfər çərçivəsində nümayəndə heyəti “Yaşılçay” MMC-nin yeddi hektar sahədə salınmış çay plantasiyasında məhsul yığımı ilə tanış olub, kümxanalarda ipəkqurdu toxumlarına qulluq prosesini izləyib, İstisu qəsəbəsində yeni fəaliyyətə başlayan aqroekoturizm kompleksinə baş çəkib.
Bildirilib ki, İstisu qəsəbəsinin aqroekoturizm imkanları böyükdür. Qəsəbədə 15 hektar sahədə salınan feyxoa, kivi, portağal, naringi bağları həm sitrus meyvəçiliyinin, həm də aqroekoturizm inkişafında mühüm yer tutur. Həmçinin, Lənkəran bölgəsində çiyələk istehsalına da maraq artmaqdadır. Son iki il ərzində Lənkəranda 100 hektardan artıq ərazidə çiyələk plantasiyası salınıb.
Qeyd edilib ki, birdəfəlik əkin subsidiyasının verilməsi sitrus bağlarının salınmasına marağı artırıb. Bu ildən salınacaq limon, portağal, naringi, nar, fındıq və zeytun bağlarına görə fermerlərə yüksək əmsallı əkin subsidiyası ilə yanaşı, birdəfəlik əkin subsidiyası ödəniləcək.
İqtisadiyyat
Nazir yeni salınan sitrus bağları ilə tanış olub - FOTO
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər