“Dünya Bankı Azərbaycanla müxtəlif sahələrdə uzunmüddətli tərəfdaşlığa malikdir və əgər Azərbaycan hökuməti istəsə, azad edilmiş torpaqlarının bərpasına da Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) öz dəstəyini göstərməyə şad olar”.
Bunu “Report”a müsahibəsində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib.
“Təmsil etdiyim bankın tərkibinə ayrı-ayrı maliyyə institutları daxildir, onlardan biri də IBRD adlandırdığımız Beynəlxalq Yenidənqurma və İnkişaf Bankıdır. IBRD-nin ərazilərin bərpası ilə bağlı təcrübəsi də var.
Mən tarix müəllimi deyiləm, amma onu xatırlada bilərəm ki, İkinci Dünya müharibəsindən sonra IBRD Avropanın yenidənqurma ehtiyaclarına cavab verməyə başlayıb. Beləliklə yenidənqurma və münaqişədən sonra bərpa bizim DNT-mizdədir deyə bilərəm.
Bunun səbəblərindən biri bizim qlobal olaraq mövcud olmağımızdır. Əsas işimiz münaqişə sonrası yenidənqurma işlərinə və ölkələrin münaqişəyə girmə potensial risklərindən qaçınmalarına kömək etməkdir. Həmçinin münaqişədən sonra bərpa işlərinin görülməsində qlobal təcrübəyə malikik.
Şübhəsiz ki, hökumətin hansı yenidənqurma ehtiyaclarına sahib olmasından asılı olaraq biz ona kömək edirik”.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı 50-dən artıq layihəyə 4 milyard ABŞ dolları civarında vəsait ayırırb.
Azərbaycan IBRD-də 0,13 % paya malikdir və 2 371 səhm əldə edib. Bu səhmlər ölkəmizə 286 milyon ABŞ dollarına başa gəlib. Başqa sözlə, 1 səhmin nominal dəyəri təxminən 120 625 ABŞ dollarıdır. İndi isə hökumət öz payına uyğun olaraq daha 505 yeni səhm əldə etməyə hazırlaşır. Bunun isə dəyəri 60,915 milyon ABŞ dollarıdır.
İqtisadiyyat
Dünya Bankı: “Qarabağın bərpasında iştirak etməyə şad olarıq”
Tarix
İlham Əliyev və xanımı Zəfər parkında
İdman
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
Siyasət
TDT XİN Şurasının iclası keçirildi
Müsahibə
İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi
Siyasət
Prezident Tacikistanın baş nazirini qəbul edib - FOTO
Son xəbərlər
Hərbçilərinin maaşı 22,8% artacaq
Son xəbərlər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Müsahibə
Avtobusdan istifadə edən sərnişinlərə şad xəbər - FOTO
Texnologiya
NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində...
Siyasət
Nyu-Yorkda Paşinyan Pezeşkianla görüşdü
Son xəbərlər
Putin ABŞ-a söz verib, bir neçə aya Donetski ələ keçirməlidir
Siyasət
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto
Siyasət
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Siyasət
Pezeşkian ABŞ-a getdi
Son xəbərlər