Növbəti aylardan etibarən ölkəmizin regionlarında irimiqyaslı çöl torpaq tədqiqatı işlərinə başlanılacaq.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən məlumata əsasən, məqsəd torpaqların müasir vəziyyətinin müəyyən edilməsi, bələdiyyə, xüsusi mülkiyyətə verilən və dövlət mülkiyyətində saxlanılan torpaqlardan səmərəli istifadə edilməsi, münbitliyinin öyrənilməsi və artırılmasıdır.

Bundan başqa, torpaqların şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyən edilməsi, onlara qarşı mübarizə tədbirlərinin aparılması, torpaqların dövlət qeydiyyatı (kadastrı), iqtisadi qiymətləndirilməsi də əsas vəzifələrdəndir.

Qeyd edək ki, torpaq tədqiqatı işləri hazırlıq, çöl torpaq tədqiqatı, kameral olmaqla üç mərhələdə aparılacaq. İrimiqyaslı çöl torpaq tədqiqatının aparılması üzrə hazırlıq mərhələsində əvvəlcədən tədqiqat obyektinin yerləşdiyi bölgənin adı, torpaqların mülkiyyət formaları, tədqiqat aparılacaq ərazinin sahəsi, coğrafi mövqeyi və digər məlumatlar toplanır.

Çöl torpaq tədqiqatı zamanı naturada yayılan torpaqları bütün kompleksliyi ilə özündə əks etdirən torpaq xəritələri tərtib edilir, mülkiyyətçilərin torpaqdan səmərəli istifadə etməsi üçün onların xassələrinin təyin olunmasına imkan verən məlumatlar əldə olunur.

Son mərhələdə çöl tədqiqatı məlumatları, laboratoriya analitik rəqəmləri əsasında (torpaq qatının qalınlığı, mexaniki tərkibi, humusu, karbonatlığı, şorlaşma və şorakətləşməsi) torpaqların tipoloji adları dəqiqləşdirilir və torpaq xəritəsində əksini tapır.

Yerinə yetirilən işlərin nəticələri Torpaqların Elektron Kadastr və Uçotu İnformasiya Sistemində yerləşdiriləcək.

Son xəbərlər

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Bütün xəbərlər