Dünya bazarlarında neftin bahalaşması bir tərəfdən iqtisadiyyatın inkişafına təkan versə də, digər tərəfdən neft məhsullarının qiymətinin artmasına səbəb ola bilər. Neft idxal edən ölkələr, neft məhsullarının daxili qiymətlərini təyin edərkən “qara qızıl”ın dünya qiymətlərinin sıçrayışlardan tamamilə asılıdır. Neft hasil edən dövlətlər isə dünya qiymətlərinin ölkə daxilində təsirini azaltmağa qadirdir. Bunun üçün müxtəlif iqtisadi-vergi tənzimləmə mexanizmlərindən istifadə olunur.
Azərbaycanda istehsal olunan neft məhsullarının qiymətləri Tarif Şurasının simasında hökumət tərəfindən tənzimlənir. Tarif Şurası son dəfə “Aİ-92” benzininin qiymətini son dəfə 2017-ci ilin iyul ayında litri 0,9 manat təyin edib. Dizel yanacağının qiyməti isə ümumiyyətlə son dəfə 2013-cü ildə 0,6 manat səviyyəsində müəyyən edilib.
Bundan sonra ölkədə benzinin qiyməti də dəyişdi, lakin Azərbaycanda istehsal olunmayan və xaricdən idxal olunan daha yüksək dərəcəli “Premium” (“Aİ-95”) və “Super” (“Aİ-98”) markaları üçün qiymətlər idxalçılar tərəfindən təyin olunur. Bu markalı benzinin timsalında “qara qızıl” üçün dünya trendindən asılı olaraq qiymət sıçrayışlarını görə bilərik. Əvvəllər “Aİ-95” markalı benzininin litri 1,5 manat, “Aİ-98” – 1,6 manata satılırdısa, 2020-ci ilin martında neftin ucuzlaşması nəticəsində “Aİ-95” benzinin litri 1,1-1,2 manata, “Aİ-98” markalı benzinin litri isə 1,4 manata satıldı.
Bu müddət ərzində “Aİ-92” benzininin qiyməti və dizel yanacağının dəyəri dəyişməz olaraq qalıb - müvafiq olaraq 0,9 manat və 0,6 manat.
Azərbaycan neft məhsullarının qiyməti aşağı olan ölkələrə aiddir. Təbii ki, dünyada neft məhsullarının daha da ucuz olduğu ölkələr var (bunlara Venesuela, İran və bir sıra digər neft hasil edən ölkələr daxildir), lakin əsas müqayisə meyarı postsovet və qonşu ölkələr ola bilər, bu ölkələrdə iqtisadi inkişaf səviyyəsi təqribən oxşardır.
Bu kateqoriyada Azərbaycan benzin və dizel yanacağının ən aşağı qiymətə sahib olduğu ölkələrdən biridir.
Benzin və dizel yanacağının pərakəndə satış qiymətləri – ABŞ dolları/litr
Ölkə
Benzin Aİ-92
Dizel yanacağı
Azərbaycan
$0,53
$0,35
Gürcüstan
$0,61
$0,69
Rusiya
$0,59
$0,64
Ukrayna
$0,88
$0,90
Türkiyə (Aİ-95)
$0,93
$0,86
Cədvəldən də göründüyü kimi, Azərbaycan dizel yanacağının qiymətinə görə birinci yerdədir. Ölkəmizdə dizel yanacağı 0,35 dollara satıldığı halda, Ukrayna və Türkiyədə müvafiq olaraq 0,88 və 0,86 dollardır.
Azərbaycan “Aİ-92” markalı benzinin də ən aşağı qiymətinə sahibdir. Bizim kimi, neft hasil edən Rusiyada “Aİ-92” benzini Azərbaycanla müqayisədə 0,06 dollar, neft məhsulları idxal edən Ukrayna və Gürcüstanda isə ümumiyyətlə 0,35 dollar və 0,08 dollar bahadır.
Beləliklə, qeyd etmək olar ki, Azərbaycanda neft məhsullarının qiymətləri qənaətbəxş səviyyədədir və benzinin qiyməti son üç ildə, dizel yanacağında isə son yeddi ildə dəyişiklik olmayıb.
İqtisadiyyat
Azərbaycan neft məhsullarının qiyməti aşağı olan ölkələrə aiddir - CƏDVƏL
İqtisadiyyat
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir - Foto
Siyasət
Əliyev Putin və Berdiməhəmmədovla görüşdü
Müsahibə
Bunu Azərbaycan prezidenti ilə birlikdə etdik – Paşinyan
Siyasət
Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto
İqtisadiyyat
Neftin bu günə olan qiyməti
Siyasət
İlham Əliyev Türkmənistana getdi
Hadisə
Britaniya kral ailəsinin həkimi müəmmalı şəkildə öldü
Siyasət
ABŞ-da Nidal Həsənin edam tarixi açıqlandı
Son xəbərlər
Ukraynanın bütün lokomotivləri məhv edildi - Nazir
İqtisadiyyat
AB bu ölkəyə 157 milyon ayırdı
Siyasət
İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto
Texnologiya
Prezident dərman istehsalı müəssisəsinin açılışında... - Foto
Siyasət
Netanyahudan xəbərdarlıq: Britaniyanı itirə bilərik!
Hadisə
Yəmən lideri husilərə qarşı əməliyyatı elan etdi
İdman