“İlk növbədə Azərbaycan çempionatının qalibini və mükafatçıları təbrik etmək istərdim. Çempionatın qalibi Məhəmməd Muradlı çox yaxşı mübarizə apardı. İlk mərhələdə sıralamada 4-cü olmaqla son anda finala qoşulan Məhəmmədin əsəblərinin möhkəm olması çempionluqda ona kömək oldu. Final mərhələsində bütün oyunlarının gedişatına nəzarət etməyi bacardı və yekunda layiq olduğu qızıl medalı qazandı. Məhəmməd Muradlının istedadlı şahmatçı olması bizə məlumdur. O hələ 2019-cu ildə ilk dəfə Azərbaycan çempionatında qalib gələndə diqqəti özünə cəlb etdi. Buna görə Məhəmmədin ikinci dəfə çempion olması bizim üçün sürpriz hadisə olmadı”.
Bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Naxçıvanda təşkil edilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının nəticələri barədə danışarkən bildirib
O, Aydın Süleymanlının finala çıxa bilməməsini təcrübəsinin az olması ilə əlaqələndirib. O, milli komandanın üzvü Eltac Səfərlinin final mərhələsindən kənarda qalmasının gözlənilməz olduğunu bildirib:
“Bu bir daha göstərdi ki, reytinq şahmatda nəticəni müəyyənləşdirmir. Çempion olmaq üçün yarış günü rəqibə qarşı ən yaxşı oyununu göstərməlisən və qalib gəlməyi bacarmalısan. Əfsuslar olsun ki, bu dəfə Eltac Səfərlidə alınmadı. Bununla belə onun yüksək səviyyəli şahmatçı olması hamıya məlumdur. Eltacın gələcəkdə böyük qələbələr qazanacağına inanırıq”.
Mahir Məmmədov eyni zamanda yarışın favoriti hesab edilən beynəlxalq qrossmeyster Nicat Abbasovun çempionatda iştirak etməməsinin səbəbini açıqlayıb: “Təəssüflər olsun ki, çempionatda iştirak etmək istəyən Nicat Abbasov koronavirusa yoluxması səbəbindən mübarizədən kənarda qaldı. Nicat çempionatda iştirak etsəydi, yarış daha maraqlı olacaqdı”.
Sonda federasiya rəhbəri millinin komandalar arasında dünya çempionatında güclü heyətlə çıxış edəcəyini söyləyib: “Apreldə kişi şahmatçılardan ibarət komandalar arasında dünya çempionatı keçiriləcək. Azərbaycan yığması da mötəbər yarışa dəvət alıb. Bilirsiniz ki, ötən il qadınlardan ibarət yığmamız dünya çempionatında mübarizə apardı. Hərçənd komandamızın çıxışı o qədər uğurlu olmadı. Yığmamız qrupdan çıxmağı bacarsa da, ilk pley-off görüşündə məğlub oldu. Bu yarışda ən güclü heyətlə təmsil olunmağı planlaşdırırıq. Yaxın günlərdə heyət və kapitan barədə məlumat veriləcək”.
Qeyd edək ki, 10 ölkənin iştirak edəcəyi dünya çempionatı 7-14 aprel tarixlərində Qüds şəhərində keçiriləcək.
İdman
Federasiya prezidenti: “Qüdsdəki dünya çempionatında ən güclü heyətlə təmsil olunmağı planlaşdırırıq”
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər