Cüdoçuların reytinq cədvəli açıqlanıb.
Kişilərin 60 kq çəki dərəcəsində idmançılarımızın “Böyük Dəbilqə” yarışlarında uğurlu çıxışı onların reytinqdə yüksəlməsinə səbəb olub.
Belə ki, ötən ay İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş “Böyük Dəbilqə”nin qalibi Davud Məmmədsoy 32-ci yerə qalxıb. Bu ay zədə səbəbindən Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş “Böyük Dəbilqə”də iştirak edə bilməyən Davudun Olimpiadaya getmək şansları yüksəkdir. Çünki onu Olimpiadaya vəsiqə verən yerdən cəmi üç pillə ayırır. Həmçinin Daşkənddə beşinci olmuş Kəramət Hüseynov 38-ci yerə qalxıb. Bu isə hər iki idmançımız arasında Olimpiadayadək ciddi rəqabət olacağı deməkdir.
66 kq-da son Avropa çempionu Orxan Səfərov son iki “Böyük Dəbilqə”də uğursuz çıxış etsə də, indiki durumda Olimpiadaya gedəcək idmançımızdır. Çünki reytinqdə 20-ci idmançıdır. Lakin Orxanın bu çəkidəki yerli rəqibi Nicat Şıxəlizadə 24-cü yerə yüksəlib və ona ciddi rəqabət yaradıb.
73 kq-da yeganə idmançımız Rüstəm Orucov son yarışda bürünc medal qazanmaqla ikinci yerdəki mövqeyini yaxşılaşdırıb. Avropa çempionumuzun Olimpiadada yarışacağı artıq heç kimdə şübhə doğurmur.
81 kq-da vəziyyət hələ ki yaxşı sayıla bilməz. Murad Fətiyev 40-cıdır. Olimpiadaya getmək üçün əsas ümidlərimiz olan Hidayət Heydərov isə son yarışlarda özünü doğrulda bilməyib. O, 71-cidir.
90 kq-da Məmmədəli Mehdiyev də Olimpiadaya lisenziyasını təmin etməkdədir. Son yarışda bürünc medal qazanan Məmmədəli 9-cu yerdədir.
100 kq-da nə Zelim Kostoyev, nə də Elmar Qasımov son yarışda iştirak edib. Bununla belə, hər iki idmançı müvafiq olaraq reytinqdə 10 və 11-cidir. Qarşıdakı yarışlar daha çox bu iki idmançımızdan hansının Olimpiadaya getməsinin müəyyənləşdirilməsi baxımından vacib olacaq.
100 kq-dan artıq çəkidə yarışan Gürcüstan əsilli cüdoçu Uşanqi Kokauri Daşkənddə beşinci yeri tutmaqla reytinqdə vəziyyətini yaxşılaşdırıb. İndi Kokauri 18-cidir və Olimpiadaya gedə bilər.
Qadın cüdosunda isə Aişə Qurbanlı (-48 kq) 27-ci və İrina Kindzerskaya (+78 kq) 2-cidir. İndiki durumda yalnız bu iki qadın cüdoçumuz Olimpiadada iştirak etməyə yaxındır.
Qeyd edək ki, Olimpiadaya kimi Tbilisidə (26-28 mart), Antalyada (1-3 aprel) və Kazanda (5-7 may) “Böyük Dəbilqə” turnirləri, həmçinin Portuqaliyanın paytaxtı Lissabonda Avropa çempionatı (16-18 aprel) keçiriləcək. Bütün bu yarışlar idmançılarımıza Olimpiadaya lisenziya xalları qazandıracaq.
İdman
Reytinq açıqlandı: Yeddi cüdoçumuz Olimpiadaya gedə bilir
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə