UEFA İcraiyyə Komitəsi koronavirus səbəbiylə 19 yaşadək futbolçular arasında Avropa çempionatını ləğv etmək qərarına gəlib.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, qərar həm oğlanlar, həm də qızlar arasında keçiriləcək turnirlərə şamil olunub. Qurumdan bildirilib ki, mövcud COVID-19 məhdudiyyətləri altında komandaların hərəkətini və turnirlərin keçirilməsini təmin etmək olduqca çətindir.
Bununla yanaşı, UEFA 9-26 iyun tarixlərində Macarıstan və Sloveniyada keçiriləcək 21 yaşadək futbolçular arasında Avropa çempionatında da qayda dəyişikliyi edib. Belə ki, futbolçularda kəllə-beyin zədəsi şübhəsi yarandığı halda əlavə əvəzetməyə icazə verilib.
Xatırladaq ki, 19 yaşadək oğlanlar arasında Avropa çempionatı 30 iyun - 13 iyul tarixlərində Rumıniyada, qızlar arasında isə 21 iyul - 2 avqust aralığında Belarusda keçirilməli idi.
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan sözügedən yarışlar artıq bir dəfə təxirə salınmışdı.
İdman
UEFA 19 yaşadək futbolçular arasında Avropa çempionatını ləğv etdi
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət
İsrail və Livan arasında planlaşdırılan danışıqlar təxirə salındı
İqtisadiyyat
İqtisadi Şuranın iclası keçirildi
Siyasət
Binanın başımıza uçacağını düşünürdük - Tramp
İqtisadiyyat
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
Tarix
Prezident fərman imzaladı
Hadisə
Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
Son xəbərlər
Putinlə Tramp arasında telefon danışığı olub
Siyasət
Qələbə çox yaxındır, əminik... - Peskov
İqtisadiyyat
Kanada ABŞ məhsullarına 50 faizlik rüsumlar tətbiq etdi
Son xəbərlər