Sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində "ŞƏT plyus" formatında görüş keçirilib.
İNTERXƏBƏR AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gedib.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb.
Sonra "ŞƏT plyus" formatında keçirilən görüşün iştirakçıları birgə foto çəkdiriblər.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı:
- Hörmətli Sadır Nurqojoyeviç.
Hörmətli dövlət başçıları.
Xanımlar və cənablar.
Əvvəlcə Qırğız Respublikasının prezidentinə dəvətə və qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm.
Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam. Bir ay öncə dövlət səfərim zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı. Həmin tarixi sənəd Azərbaycanla Qırğızıstan arasında münasibətləri ən yüksək səviyyəyə qaldırdı.
Mən fürsətdən istifadə edərək ölkənin sosial-iqtisadi inkişafında əldə edilmiş uğurlar, onun beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsi münasibətilə prezidenti və Qırğızıstan xalqını təbrik etmək istərdim. Qırğızıstanın 2027-28-ci illər üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq ictimaiyyətin Qırğızıstanın siyasətinə verdiyi dəstəyi nümayiş etdirir.
Bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular. Beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 ildən sonra, üç il əvvəl icra edildi. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq. Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər. Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək.
Diqqətinizə görə minnətdaram.
Qırğızıstan Prezidenti Sadır Japarov: Hörmətli İlham Heydər oğlu, bu qədər əhatəli çıxışınıza görə Sizə çox təşəkkür edirəm. Məhz belə geniş dialoq ədalətli, çoxqütblü dünyanın formalaşdırılması üçün zəruridir.![]()
Son xəbərlər
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
Texnologiya
Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır
Siyasət
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
Tarix
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Siyasət
İranın 38 körpüsünü bir saat içində dağıda bilərik - Tramp
Siyasət
İlham Əliyev Kamboca Kralını təbrik etdi
İqtisadiyyat
Antalyada COP31 başladı
Son xəbərlər
İlham Əliyev COP31-də iştirak edəcək
Mədəniyyət
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Müsahibə
İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
Müsahibə
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər - Canlı yayım
Siyasət
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
Son xəbərlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto
Tarix
İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Video
Tarix
XİN-dən Zəfər Günü ilə bağlı paylaşım: Milli iradə
Bölgə