Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib.
İnterxəbər President.az-a istinadən xəbər verir ki, Dmitri Şlapaçenko etimadnaməsini dövlət başçısına təqdim edib.
Azərbaycanla BMT arasında əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanda COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi böyükmiqyaslı BMT tədbirlərinin keçirildiyini vurğuladı, bu il də BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə Mədəniyyətlərarası Dialoq Forumunun təşkil ediləcəyini dedi.
Azərbaycanın BMT-nin vacib tərəfdaşı olduğunu və "orta güc" dövləti kimi bu qurumun mötəbər tədbirlərinə ev sahibliyi etdiyini vurğulayan Dmitri Şlapaçenko bu xüsusda Bakıda COP və Ümumdünya Şəhərsalma Forumunun təşkil olunduğunu xatırlayıb. O, bu gün Bakıda "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının keçirildiyini deyərək, ölkəmizdə BMT-nin İqlim Həftəsi tədbirinin də olacağını qeyd edib.
Dmitri Şlapaçenko Azərbaycanın BMT-nin müvafiq qurumlarının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
O, Azərbaycanın hazırda həyata keçirdiyi inkişaf proqramına BMT-nin də öz təcrübəsi ilə dəstək verməyə hazır olduğunu bildirdi, bu xüsusda Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində aparılan böyükmiqyaslı işlərin vacibliyinə toxundu.
Minalar problemini qeyd edən Dmitri Şlapaçenko BMT-nin bu məsələdə Azərbaycana dəstək verməyə və təcrübəsini bölüşməyə hazır olduğunu deyib.
Dövlət başçısı da işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışdı, Azərbaycanın üzləşdiyi mina probleminin miqyasını qeyd edib. Prezident İlham Əliyev bunun bərpa-quruculuq işlərinə mane olmasına baxmayaraq, Azərbaycanın minatəmizləmə sahəsində də ardıcıl fəaliyyətini davam etdirdiyini vurğulayıb.
Dmitri Şlapaçenko tezliklə Qarabağa səfər edəcəyini bildirdi, BMT Günü ilə əlaqədar Qarabağ Universitetində böyük bir tədbirin keçirilməsinin planlaşdırıldığını qeyd edib.
Görüşdə Cənubi Qafqaz regionunda transsərhəd çayların ekoloji mühitinin yaxşılaşdırılması və bu sahədə monitorinqlərin aparılması, Xəzər dənizinin suyunun azalması kimi ekoloji məsələlər də müzakirə olunub.![]()
Müsahibə
İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib
İqtisadiyyat
İqtisadi Şuranın iclası keçirildi
Siyasət
Binanın başımıza uçacağını düşünürdük - Tramp
İqtisadiyyat
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
Tarix
Prezident fərman imzaladı
Hadisə
Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
Son xəbərlər
Putinlə Tramp arasında telefon danışığı olub
Siyasət
Qələbə çox yaxındır, əminik... - Peskov
İqtisadiyyat
Kanada ABŞ məhsullarına 50 faizlik rüsumlar tətbiq etdi
Son xəbərlər
Əli Əsədov onu vəzifədən azad etdi
Siyasət
Putin Paşinyanı Moskvaya çağırdı - Peskov
Müsahibə
Almaniyanın bu addımı müharibənin başlanğıcıdır - Lavrov
Siyasət
Avropalı müşavirlər də Kiyevə gəldilər
Texnologiya
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO
Siyasət
Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq
İqtisadiyyat