Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il yanvarın 1-nə olan reytinq siyahısını açıqlayıb.
Azərbaycanın ilk onluqda yer alan iki şahmatçısının – Şəhriyar Məmmədyarovun və Teymur Rəcəbovun mövqeləri dəyişməyib. Ş.Məmmədyarov (2770) səkkizinci, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu pillədəki mövqelərini qoruyublar.
Digər şahmatçılarımız isə reytinq siyahısında geriləyiblər. Nicat Abasov 2668 xalla 70-ci (sonuncu siyahıda 61-ci), Qədir Hüseynov 2665 xalla 74-cü (62), Rauf Məmmədov 2654 xalla 92-cidir (79). Reytinq siyahısında irəliləyən yeganə şahmatçı Arkadi Naydiçdir. Aktivində 2649 xal olan şahmatçımız mövqeyini 15 pillə yaxşılaşdıraraq 100-cü sırada qərarlaşıb.
Qadın şahmatçılarının reytinq siyahısında isə ilk yüzlükdə üç təmsilçimiz yer alıb. Günay Məmmədzadə (2443) beş pillə geriləyək 31-ci yerdədir. Siyahıda 79-cu pillədə qərarlaşan Gülnar Məmmədova (2382) 13, 90-cı yerdəki Xanım Balacayeva (2376) isə 17 pillə geriləyiblər.
Ölkələrin siyahısında isə Azərbaycan 2656 xalla yeddincidir.
Qeyd edək ki, kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2862) başçılıq edir. Qadın şahmatçılar arasında ən yüksək reytinq xalı (2658) çinli Yifan Houya məxsusdur. Milli federasiyaların reytinqində isə Rusiya (2736) liderdir.
İdman
FİDE-nin reytinq siyahısı açıqlandı: Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun mövqeyi dəyişmədi
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət
İsrail və Livan arasında planlaşdırılan danışıqlar təxirə salındı
İqtisadiyyat
İqtisadi Şuranın iclası keçirildi
Siyasət
Binanın başımıza uçacağını düşünürdük - Tramp
İqtisadiyyat
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
Tarix
Prezident fərman imzaladı
Hadisə
Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
Son xəbərlər
Putinlə Tramp arasında telefon danışığı olub
Siyasət
Qələbə çox yaxındır, əminik... - Peskov
İqtisadiyyat
Kanada ABŞ məhsullarına 50 faizlik rüsumlar tətbiq etdi
Son xəbərlər