AMEA Arxeologiya, Etnoqrafiya və Antropolofiya İnstititunda Elmi Şuranın 31 mart-Azərbaycanlıların Soyqrımı Gününə həsr edilmiş növbəti iclası keçirilib.
İnstitutdan APA-ya verilən xəbərə görə, öncə soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun baş direktoru, t.e.d., professor Abbas Seyidov 31 mart soyqırımı haqqında geniş və dolğun məlumat verərək bildirib ki, bu hadisələr 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin ayrı-ayrı vaxtlarda Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və bir sözlə bütün Azərbaycan ərazisində törədilib. Əli silahlı erməni quldur dəstələri qoca, qadın, uşaq bilmədən, qarşısına çıxan hər bir azərbaycanlını vəhşicəsinə öldürüb.
Bu qısa zaman çərçivəsində 50 min günahsız azərbaycanlı qətlə yetirilib.
Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Çıxış edən t.ü.f.d., dosent Qəhrəman Ağayev 2007-ci ildə Qubada aşkarlanan kütləvi məzarlıqda apardığı tədqiqat işlərindən danışıb. O bildirib ki, tədqiqatlar nəticəsində burada insan sümükləri olan 2 quyu, eləcə də skeletlərlə dolu arxlar müəyyən edilib. Quyularda 600-ə yaxın insan skeleti aşkar olunub. Arxlarda isə 211 kəllə sümüyü tapılıb. 2013-cü ilin sentyabr ayında Heydər Əliyev Fondu tərəfindən bu ərazidə Memorial Kompleks inşa edilib.
Sonra Abbas Seyidov növbəti aylarda keçiriləcək konfranslara hazırlıqlarla açıqlama verib.
2023-cü il üçün Gənc alimlərin tədbirlər planı təsdiq edilib. T.ü.f.d.,dosent Pərviz Qasımovun “Pratürk problemi: primordializm və pozitivizm arasında (dilçi, arxeoloji və arxeogenetik əsasların tənqidi analizi)” adlı monoqrafiyasının müzakirə edilərək çapa təqdim edilməsi yekdilliklə qəbul olunub.
Sonda cari məsələlərə baxılıb.
Hadisə
Qubada kütləvi məzarlıqdakı quyularda 600-ə yaxın insan skeleti tapıldı
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə