Bakıda məktəbli intihar etdi » İnterxəbər.Az
interxeber.az » Hadisə » Bakıda məktəbli intihar etdi


Bakıda məktəbli intihar etdi

20-04-2015, 21:02
Oxunub: 750
Çap et
Cinayət işi başlanıb.

Bakıda intihar hadisəsi baş verib.

Interxəbər xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Ruslan Həsənli yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

İntihar edən R. Həsənli orta məktəb şagirdi olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Reytinq: