Xəbər verdiyimiz kimi, yanvarın 6-da Ermənistanın paytaxtı İrəvan yaxınlığında son illərin ən böyük “oğru sxodkası” keçirilib.
Virtualaz.org saytı xəbər verir ki, bu toplantı əvvəlcə Moskvaya təyin olunmuşdu. Amma Rusiya hüquq-mühafizə orqanları toplantı iştirakçılarının hamısını həbslə hədələdiyi üçün kriminal avtoritetlər təcili şəkildə seçim edərək İrəvanda toplaşmaq variantı üzərində dayanmışdılar.

İrəvandakı “sxodka”nın təşkilatçısı Artyom Arutyunyan adlı kriminal avtoritet idi.

Hüquq-mühafizə orqanlardakı mənbələr “Rosbalt”a bildirib ki, “vor zakonlar” son bir neçə gün ərzində İrəvana yığışmaqda davam edib. Onların sayı 100-dən çox olub. “Oğrular” əvvəlcə öz aralarında kiçik qruplar halında məsləhətləşmələr aparıb, daha sonra isə yanvarın 6-da hamısı bir araya gəliblər.

“Sxodka”da Robinzon Arabuli, Georgi Uqlava (Taxi), David Sebiskveradze (Dato), Vaja Biqanişvili, Amiran Sopromadze (Sopotiya), Oleq Şişkanov (Şişkan), Zaxari Kalaşov (Şakro Molodoy), Boris Apakiya (Apakela), Hüseyn Əhmədov (Slepoy) kimi kriminal avtoritetlər iştirak edib.

“Vor zakonlar” öncə 2008-ci ildən başlayaraq “qanuni oğrular”ın sayının sürətlə artması məsələsini müzakirə ediblər.

Şakro Molodoy deyib ki, 2008-ci ildən başlayaraq bu sahədə özbaşınalıq olub, “ailə”yə daxil olmağa namizədlər bəzən lazımınca öyrənilməyib, onların kimliyi tam araşdırılmayıb, “oğru” titulu verilərkən lazımi prosedurlara riayət olunmayıb.

Digər “oğru”lar da Şakronun bu fikri ilə razılaşıblar. Onların bildirdiyinə görə, 2008-ci ildən bəri azı 240-250 nəfərə “vor zakon” titulu verilib, bu isə çoxdur.

Virtualaz.org saytının Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, “sxodka”da belə bir qərar qəbul olunub ki, 2008-ci ildən sonra “tac” almış “oğru”ların titulu sual altına alınsın. Bu isə o deməkdir ki, həmin ildən sonra “oğru” titulu alan şəxslər daha “vor zakon” titulu daşımırlar, onlar yalnız bu ada iddiaçı sayılırlar.

“Sxodka”da digər sensasion qərar da verilib. Belə ki, Rövşən Lənkəranski (Canıyev) və Cemal Mikeladze (Cemo) “qanuni oğru” titiulundan məhrum ediliblər.

O da qərara alınıb ki, son illərin kriminal savaşlarının iki əsas iştirakçısı - Merab Canqveladze (Suxumski) ilə Tariel Oniani (Taro) barədə onlar həbsdən çıxandan sonra yekun qərar verilsin.
Rövşən Lənkəranskinin “oğru” adı əlindən alındı

Son xəbərlər

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər

SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq

Şimali Koreya yeni hərbi dəniz bazası tikir

Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi

Bütün xəbərlər