SOCAR-dan Hacıqabulda qaz xəttində baş verən yanğınla bağlı ÖZƏL AÇIQLAMA - YENİLƏNİB
Diametri 720 millimetr olan “Qalmaz-Qazımməməd” qaz kəmərinin 23-cu kilometrində saat 20:55 radələrində qəza hadisəsi baş verib.
SOCAR-dan verilən məlumata görə, qaz kəməri 1975-ci də istismara verilib:
“Bu kəmər daxili paylama sisteminə işləyir. Digər magistral qaz kəmərləri ilə əlaqəsi yoxdur. Hadisə lokallaşdırılıb, xəttin kranları hər iki tərəfdən bağlanıb, şam kranları açılıb, alov demək olar ki, söndürülüb.
Hadisə nəticəsində respublikanın heç bir yerində məhdudiyyətlər olmayıb, qaz təchizatında fasilələr gözlənilmir. Bütün strateji obyektlər qazla təmin olunur”.
22:29
“Hacıqabul rayonu ərazisində qaz boru kəçərində yanğın baş verib”.
Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, hadisənin tam olaraq harada baş verməsi bilinmir:
“Hacıqabulda qaz daşımaları üçün magistral qaz boru kəmərlərimiz çoxdur. Ehtimal olunur ki, yanğın Qalmaz qaz anbarına birləşən boru kəmərində baş verib.
Bu boru yaşayış məntəqəsindən kənardan keçdiyi üçün hər hansı təhlükə yoxdur”.
O qeyd edib ki, hadisə zamanı xəsarət alan olmayıb:
“Hadisənin dəqiq nədən baş verdiyi hələ tam olaraq bilinmir. Araşdırma aparılacaq. Boru kəməri bağlanıb, ona qaz verilmir. Qaz qurtaranda yanğın da sönəcək”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay