Araz çayında su sərfi nisbətən aşağı olduğundan magistral kanallara suyun verilməsi növbəlilik qrafiki əsasında həyata keçirilir.
Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC məlumat yayıb.
Məlumatda deyilir ki, son aylarda Araz çayında suyun lil və çöküntülü olması ilə əlaqədar suvarma kanallarında təkrar olaraq lildən təmizlənmə işləri görülür ki, bu da suvarma suyunun vaxtında itkisiz təmin olunmasına xidmət edir. Suvarma suyu Köhnə Cənubi Muğan kanalına verilir. Suvarma suyunun maneəsiz və itkisiz olaraq sahələrə çatdırılması üçün kanallar əl ilə və texnikalar vasitəsilə lildən və kol-kosdan təmizlənir.
Eyni zamanda, beş kilometrdən artıq uzunluğunda nov kanalları cari təmir olunub. Bundan başqa, plana uyğun olaraq, bu ilin altı ayı ərzində 178 km təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanalları lildən təmizlənib.
Qeyd edək ki, Biləsuvar Suvarma Sistemləri İdarəsinin balansında 69 ədəd nasos stansiyası var. Bu nasos stansiyalarından 22 ədədi elektrik enerjisi ilə, 47 ədədi isə dizel mühərrikləri ilə çalışır. Nasos stansiyalarda cari və əsaslı təmir işləri aparılıb.![]()
Bölgə
Araz çayından suyun verilməsi qaydasına aydınlıq gətirilib - FOTO
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər