“Hazırda Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəbin tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Tikinti işlərinə cari ilin sentyabr-oktyabr aylarında başlanılması planlaşdırılır”.
Bu barədə bu gün “Trend”in sorğusuna cavab olaraq, Elm və Təhsil Nazirliyindən bildirilib.
Bildirilib ki, Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin investor tərəfindən tikinti işlərinə başlanılıb.
Şuşa Real Məktəbinin layihələndirilməsi və bərpası ilə bağlı layihə-smeta sənədləri hazırlanır, tarixi binanın qorunması üçün işlərə başlanılıb
Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəbin tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Tikinti işlərinə cari ilin sentyabr-oktyabr aylarında başlanılması planlaşdırılır.
Füzuli şəhərində layihələndirilməsi və tikintisi nəzərdə tutulan Füzuli Peşə Liseyinin tikinti işlərinə cari ilin sentyabr-oktyabr aylarında başlanılması planlaşdırılır.
Laçın şəhər 2 nömrəli tam orta məktəb binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılıb.
Ağdam şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbin tikintisinə başlanılmış və tikintinin başa çatması cari ilin sentyabr ayının 15-nə nəzərdə tutulub. Şuşa şəhər 1 nömrəli 960 yerlik tam orta məktəbinin tikintisinə 2021-ci ilin may ayının 12-də başlanılıb. Tikintinin başa çatması cari ilin sentyabr ayının 15-ə nəzərdə tutulub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 16 noyabrda imzaladığı sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqlənib.
Tədbirlər planına əsasən Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.
Sənəddə qeyd edilib ki, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.
Bölgə
Qarabağda məktəb tikintisi ilə bağlı görülən işlər AÇIQLANDI
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə