Bölgə
11.08.2021, 20:41
Güclü külək Daşkəsəndə fəsadlar törədib
Daşkəsən rayonunda güclü külək bir sıra fəsadlar törədib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, külək bir neçə ağacın iri budaqlarını sındırıb, avtomobillərin hərəkəti çətinləşib.
Eyni zamanda bəzi ərazilərə elektrik enerjisinin verilməsi dayandırılıb.
Hazırda Daşkəsənin ucqar kəndlərinə güclü yağış yağır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay