Bölgə
6.06.2021, 14:09
Goranboy sakini bıçaqlanıb
Goranboy rayon sakini bıçaqlanıb.
APA xəbər verir ki, 1982-ci il təvəllüdlü rayon sakini Şəfiyev Elmir Rasim oğlu bədəninin bir neçə hissəsindən bıçaqlanıb. Yaralı öncə rayon xəstəxanasına yerləşdirilib daha sonra Gəncə Şəhərindəki klinikaların birinə köçürülüb.
Məlumata görə hadisəni törədən şəxs polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay