Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambelyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Görüş zamanı nazir Ceyhun Bayramov Milli Assambleyanın üzvlərini salamlayaraq, ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafından bəhs edib. Azərbaycanın Fransa ilə münasibətlərin inkişafına hər zaman yüksək əhəmiyyət verdiyini qeyd edib. Fransanın bölgədə hər zaman fəal olduğu və bütün istiqamətlərdə məsələlərin qarşılıqlı anlaşma və dialoq vasitəsilə inkişaf etdiyi vurğulanıb.
Nazir Ceyhun Bayramov bölgədə cərəyan edən son proseslər, o cümlədən 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, işğal faktorunun aradan qaldırılmasının iki dövlət arasında münasibətlərin normallaşması üçün əsas təşkil etdiyi, üçtərəfli bəyanatların həyata keçirilməsi və digər aidiyyəti məsələlər barədə qarşı tərəfə ətraflı məlumat verdi. Beynəlxalq hüququn prinsipləri, xüsusilə də beynəlxalq sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət və sərhədlərin toxunulmazlığına hörmət əsasında münasibətlərin normallaşmasının mümkün olduğu qeyd olundu.
Fransa Milli Assambleyasının üzvləri səmimi qəbula, eləcə də təqdim edilən məlumata görə təşəkkürlərini ifadə etdilər. İki ölkənin parlamentləri arasındakı münasibətlərin dostluq prinsiplərinə söykəndiyini bildirdilər. Hazırkı səfərlərini bölgədə mövcud olan vəziyyətlə tanış olmaq, Azərbaycanın mövqeyi barədə məlumat əldə etmək baxımından faydalı qiymətləndirdilər.
Görüşün sonunda nazir Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvlərinin çoxsaylı suallarını cavablandırıb.![]()
![]()
Bölgə
Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşüb - FOTO
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər