Hesabat ilində əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 436,2 milyon manat vəsait yönəldilib.
Bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair hesabatda məlumat verilib.
Bu vəsaitin 233,1 milyon manatı təhsil, səhiyyə, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına, 142,9 milyon manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya, kənd təsərrüfatı infrastrukturlarının tikintisi və yenidən qurulmasına, 60,2 milyon manatı isə hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və digər zəruri ehtiyacların maliyyələşdirilməsinə yönəldilib.
2020-ci il dövlət büdcəsinin icrası prosesində ölkənin sosial-iqtisadi həyatı üçün vacib olan bir sıra layihələrin və tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2020-ci il dövlət büdcəsində birdəfəlik təyinatlı xərclər üzrə qənaət olunmuş vəsait və dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilmiş vəsait də nəzərə alınmaqla, dövlət büdcəsinin Ehtiyat Fondundan 631,7 milyon manat vəsait istifadə olunub.
Bu vəsaitin 384,3 milyon manatı koronavirus (COVID-19) pandemiyasının qarşısının alınmasına, 139,6 milyon manatı xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsinə, 31,2 milyon manatı bir sıra sosial, 53,2 milyon manatı nəqliyyat, enerji, kənd təsərrüfatı, su təchizatı və s. təyinatlı infrastruktur layihələrinin, 23,4 milyon manatı isə digər zəruri tədbirlərin maliyyələşdirilməsinə yönəldilib.
Bölgə
Ötən il Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan istifadə edilən vəsaitin həcmi açıqlanıb
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər