Bərdə Peşə Liseyinin direktoru vəzifəsində işləyən Şükürov Şəmil Məmməd oğlunun qanunsuz əməlləri barədə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Şəmil Şükürovun həmin liseyin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq 2012-2021-ci illər ərzində liseydə təhsil alan çoxsaylı tələbələrin dərsdə iştirak etməmələri, onlara ümumi himayədarlıq göstərilməsi müqabilində həmin şəxslərə məxsus təqaüd kartlarını rəhbərlik etdiyi qurumun əməkdaşları vasitəsilə əldə edib kart hesablarına köçürülmüş təqaüdlərin Bərdə rayonu ərazisində yerləşən ayrı-ayrı bankomatlardan məxaric edilərək nağdlaşdırılması yolu ilə külli miqdarda pul vəsaitinin rüşvət qismində almasına əsaslı şübhələr yaranıb.

25 fevral 2021-ci il tarixdə Şükürov Şəmil Məmməd oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı təhsil müəssisəsinin əməkdaşları tərəfindən 28 tələbənin adına olan təqaüd kartları könüllü şəkildə təhvil verilib, həyata keçirilmiş axtarış zamanı isə 10 min 600 manat məbləğində pul vəsaiti və 22 ədəd bankomat kartları aşkar edilərək maddi sübut qismində götürülüb.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

10.51

Bərdə rayonunda təhsil müəssisəsinin direktoru həbs edilib.

Trend-in məlumatına görə, hüquq mühafizə orqanları əməkdaşları 105 saylı Bərdə Texniki Peşə Liseyində əməliyyat keçirib.

Əməliyyat zamanı liseyin direktoru Şamil Şükürov korrupsiya faktı ilə bağlı saxlanılıb. Əməliyyat zamanı liseyin mühasibinin də saxlanıldığı bildirilir.

Son xəbərlər

Prezident anons etdi: İH-lər ləğv ediləcək

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Türkiyənin 14 vilayətində əməliyyat: 202 nəfər saxlanıldı

Maduro hara aparılır?

ABŞ Venesuela parlamentinin binasına zərbə endirdi

Vəfa Hüseynzadə: Peşəkarlıqla qurulan səhiyyə yolu

İrəliləyişlər var, yeni uğurlara hazırıq - Szinpindən Putinə

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşovanın fəaliyyəti

Ukraynanı dəstəkləməyə davam edəcəyik… - Leyen

Azərbaycana bu məhsulları göndərə bilərik - Erməni nazir

Zelenski Trampla bu 5 məsələni müzakirə edəcək

Azərbaycan şirkətləri bu ölkəyə 1 milyard yatırıb

Azərbaycanla bu ölkə arasında birbaşa uçuşlar gözlənilir

İranın iki hərbçisi Pakistanla sərhəddə öldü

Müharibənin sonu yaxınlaşır - Lukaşenko

ABŞ 29 gəmiyə sanksiya tətbiq etdi

Heydər Əliyevin vəfatından 22 il ötür

Pezeşkian seçildikdən sonra Azərbaycanla bağlı tapşırıq verdi

İran XİN-dən Azərbaycanla bağlı açıqlama..

İraq Hizbullahı terror təşkilatı kimi tanıdı

Kipr prezidenti Ukraynada səfərdədir

Hakan Fidan İrana gəlir

Uitkoffla Uşakovun sızdırılan danışığı... - Tramp

Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək - Matevosyan

Plan qəbul edilsə, Tramp Zelenskini bağışlayacaq - İddia

İranla razılaşmaya açığıq - Tramp

DİN məlumat yaydı: Bu nömrələrdən gələn zənglər...

Səfirliyə hücum: Zelenski İlham Əliyevə zəng etdi

Prezident İlham Əliyev Konstitusiya Günü münasibətilə paylaşım edib

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

Xankəndidə atəşfəşanlıq oldu

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

ABŞ BMT-yə ödənişləri dayandırdı

Bütün xəbərlər