ABŞ-ın "DeepFlight" şirkəti bu gün elan edib ki, azərbaycanlı oliqarx və gəmiçilik maqnatı Mübariz Mənsimovun "Palmarina Bodrum" şirkətinin sifarişi əsasında "DeepFlight Super Falcon" yüksək sürətli özəl sualtı qayığını sifarişçiyə çatdırıb.

Virtualaz.org saytı şirkətdən yayılan rəsmi açıqlamaya istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında mənzillənmiş və özəl sualtı qayıqların istehsalı ilə məşğul olan "DeepFlight" şirkəti həmin sualtı qayığı xüsusi sifariş əsasında istehsal edib.

Sualtı qayıq böyük yaxtalardan və ya sahildən suya endirilə bilər. Tamamilə elektrik mühərrikləri ilə işləyir, heç bir səs çıxarmır, yüksək sürətlidir və bu keyfiyyətinə görə "sualtı qırıcı təyyarə" adı alıb.

Sualtı qayıq iki nəfərlikdir, dənizlərin və okeanların dibində 120 metr diametrdə zonanı müşahidə etməyə imkan verir.

"DeepFlight" şirkətinin qurucusu Qrem Houks bəyan edib: "Biz çox şadıq ki, "Palmarina Bodrum" "DeepFlight Super Falcon" sualtı qayığına malik olan ilk gəmiçilik şirkətidir. Yüksək komforta, təhlükəsizliyə və 360 dərəcə bucaq altında müşahidə aparmaq imkanlarına malik olan "DeepFlight Super Falcon" sualtı qayığı Türkiyənin Bodrum sahillərinin gözəl suları altında müşahidə aparmaq üçün unikal imkanlar açır".

"Palmarina Bodrum" şirkətinin baş direktoru Cenk Bircan isə "DeepFlight Super Falcon" sualtı qayığını qəbul etməkdən çox məmnun olduqlarını, şirkətin "Xazar Yıldızı" sualtı qayığı ilə birlikdə müştərilərə yüksək keyfiyyətli xidmət göstərəcəklərini bildirib.

""Palmarina Bodrum" artıq regionu dünyanın məşhur yelkənli qayıq mərkəzinə çevirib və gözləyirik ki, tezliklə sualtı qayıqlar üçün də misilsiz baza olacaq" - deyə Bircan bildirib

Bodrum sahillərindəki dəniz limanı 2011-ci ildə Mübariz Mənsimovun "Palmali Group" şirkəti tərəfindən alınıb və orada meqa-qiqa yaxtalar üçün liman yaradılıb. "Palmarina Bodrum" eyni vaxtda 620 gəmi qəbul edə bilir və uzunluğu 40 metrdən çox olan 70-dən çox meqa-yaxtaların orada lövbər salması üçün imkan var.

Ərəb şeyxlərinin, dünyanın məşhur milyarderlərinin, o cümlədən azərbaycanlı zənginlərin meqa-yaxtaları tez-tez Mənsimovun limanında yer alır. Limanda yeddiulduzlu istirahət və əyləncə kompleksi də yaradılıb.

"DeepFlight Super Falcon" sualtı qayıqlarını indiyədək milyarderlər alırdı. Onların arasında britaniyalı milyarder Riçard Brenson, "Red Bull"un təsisçisi Ditrix Mateşits, vençur kapitalisti Tom Perkins və digərləri var.

Qayığın qiyməti 1,7 milyon dollardan bir neçə milyon dollara qədər dəyişə bilər.

Azərbaycanlı oliqarx super sualtı qayıq aldı - FOTO+VİDEO
Azərbaycanlı oliqarx super sualtı qayıq aldı - FOTO+VİDEO


Son xəbərlər

İlham Əliyev Davosda "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru ilə görüşüb

20 Yanvar faciəsinə gedən yol

Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp

Ərdoğan: Putinlə bunu müzakirə edəcəyəm!

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Xarici işlər naziri: "Ən qısa zamanda müvəqqəti işlər vəkilimiz Suriyaya gedəcək"

Fidan Lavrovla nələri müzakirə etdi?

Türkiyə ordusu bu ölkəyə girəcək - MN anons etdi

Gülər Almaniyanın müdafiə naziri ilə danışdı

Baş nazirdən daha bir qərar

Məzunların Prezidentə müraciəti

Hakan Fidan: "PKK-nın ləğvi zaman məsələsidir"

Sikorski Bayramova zəng etdi

Luka Modriç əfsanəvi futbolçunun rekordunu yeniləyib

Prezident və ailəsi Şahdağda...

"Pələng Tatulu" Adnan Əhmədzadənin Uşaqlarının Anası GÖRÜN KİM İMİŞ

Bu gündən bu sosial ödənişlərin də məbləği artdı

İlham Əliyevdən Yeni illə bağlı paylaşım - Foto

Qəzada həlak olan ekipaj üzvləri ilə vida... - Fotolar

Qazaxıstana təyyarə qəzası ilə bağlı təzyiq edilir?

Vladimir Putin İlham Əliyevə zəng vuraraq təyyarə qəzasına görə üzr istədi

Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat, xəsarət alanlara 20 min manat ödəniləcək

Prezident İlham Əliyev təyyarə qəzasına görə Rusiya səfərini yarımçıq qoydu

Roma Papasının halı pisləşdi

"Hizbullah" lideri: "Suriyadan keçən hərbi təchizat xəttini itirdik"

Tramp ona da yüksək vəzifə verəcək

"Time" jurnalı Trampı "İlin adamı" elan etdi

Lukaşenko “Oreşnik”lə bağlı göstəriş verdi

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - Foto

Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

İsrail qırıcıları Suriyanın hərbi obyektini vurdu

Azərbaycanda 29 yanvara seçki təyin edildi

Bütün xəbərlər