Mübariz Mənsimovun gəmisi həbs olunub
Türkiyədə mənzillənən azərbaycanlı oliqarx, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun gəmilərindən biri həbs olunub.
Interxeber.az saytı atvxeber.az saytına istinadən bildirir ki, “Palmali Denizçilik” şirkətinin mülkiyyətində olan, 6 min ton ağırlığında kimyəvi maddə daşımaq üçün nəzərdə tutulmuş “M/T ARMADA EXPLORER” tankerinə Rumıniyanın Köstence limanında həbs qoyulub.
Gəmiyə dəniz daşımalarına dair Paris Memorandumu çərçivəsində aparılan yoxlamalar çərivəsində həbs qoyulduğu bildirilir. Əldə edilən məlumata görə tanker dekabrın 27-də Köstence limanına yan alıb, Rusiya bayrağı altında üzən tankerdə Rumıniyanın dəniz müfəttişləri yoxlama aparıblar.
Yoxlamaların nəticəsi olaraq gəmidə texniki və idarəetmə problemləri meydana çıxıb. Nəticədə Rumıniyanın dəniz müfəttişləri tankeri həbs qoyub.
“Armada Explorer” tankerinin keçmiş adı “Bakı” olub, tanker maye halda olan kimyəvi maddələr və neft daşımaq üçün nəzərdə tutulub. 4 min 534 ton yük daşıya bilir, su tutumu 6 min 526 tondur. Uzunluğu 138 metrdir. Rusiyanın Dənizçilik Reyestrində qeydiyyatdan keçib, 2006-cı ildə inşa edilib. Gəmi “Palmali Shipping Service” şirkəti tərəfindən istismar olunur.
Bu ilin əvvəllərində “Palmali” şirkətlər qrupuna məxsus “Bakı” tankeri Liviyanın yaraqlıların nəzarətində olan limanından qaçaq neft yükləmək cəhdi zamanı bu ölkənin sahil mühafizə qüvvələri tərəfindən atəşə tutulmuşdu. Malta bayrağı altında üzən tanker atəşdən yayınmağa imkan taparaq tam sürətlə Maltaya tərəf istiqamət almışdı.İndi Rumıniya limanında həbs olunan tankerin həmin “Bakı” tankeri ola biləcəyi istisna deyil.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay