Prezident İlham Əliyev Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında fərman imzalayıb.
İnterxəbər mətni təqdim edir
1. Müəyyən edilsin ki:
1.1. dövlət büdcəsindən maliyyələşən təşkilatların (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla) büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən, bu Fərmanın 1.3-cü bəndi nəzərə alınmaqla, yalnız həmin təşkilatların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunur;
1.2. bu Fərmanın 1.1-ci bəndi nəzərə alınmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla) büdcədənkənar vəsaitlərinin qalan hissəsi dövlət büdcəsinə köçürülür;
1.3. bu Fərmanın 1.1-ci bəndi nəzərə alınmaqla, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri aşağıdakılardır:
1.3.1. vəzifə maaşına əlavələr – təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1,0 mislinədək;
1.3.2. mükafat və digər ödənişlər – təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
3.1. aşağıdakılar barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
3.1.1. Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması;
3.1.2. bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;
3.1.3. bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanılması, istifadəsi və uçotunun aparılması qaydası;
3.1.4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin tabeliyində olan qurumların göstərdiyi ödənişli xidmətlərdən əldə edilən vəsaitlərin formalaşdırılması və istifadəsi;
3.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində, habelə bu Fərmanın 1.1-ci bəndinin təsir dairəsinə düşən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin vəzifə maaşlarında artımlar olduqda bu Fərmanın 1-ci hissəsi üzrə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. “Azərbaycan Respublikasının Seçki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Hesablama Palatası haqqında”, “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 368-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi, bəzi fərmanlarının və sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 624 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 3, maddə 228) 2.1-ci bəndi ləğv edilsin.
5. Bu Fərmanın 1.1-ci və 1.3-cü bəndləri 2026-cı il sentyabrın 1-dən tətbiq edilir və 1.2-ci bəndi 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
Tarix
Prezident fərman imzaladı
Siyasət
Ukrayna ilə bağlı danışıqlar bu tarixdə keçiriləcək - Tusk
Müsahibə
Avropa istəsə, qaz tədarükünü bərpa edərik - Novak
Siyasət
Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"
Siyasət
Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq
İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 127 dolları ötdü
Müsahibə
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
Siyasət
Britaniyaya müharibəyə hazırlaşmaq üçün 1000 gün vaxt verildi
Hadisə
Moskvanın bütün hava limanları bağlandı
Son xəbərlər
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
Siyasət
Zelenski: Rusiya bir həftədə Ukraynaya 1 600 bomba və 48 raket atıb
Son xəbərlər
Fransada genişmiqyaslı iğtişaşlar: 1 300-dən çox saxlanılan və 53 yaralı polis var
Siyasət
Pedro Sançes: İnflyasiyanın əsas səbəbi İrandakı müharibədir
İqtisadiyyat
Avropaya tədarükdən heç vaxt imtina etməmişik - Putin
Hadisə
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Son xəbərlər