“Ermənilər Xocalı soyqırımını törədəndən təxminən 10 gün sonra azərbaycanlı rəssam Rafiq Əzizin köməkliyi ilə oradan olan 30-a yaxın uşaq sosial-psixoloji reabilitasiya üçün Türkiyəyə gətirildi”.
Bunu “Report”a açıqlamasında İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri, “İstək” Vəqfinin rəhbəri, Yedditəpə Universitetinin qurucusu, professor Bədrəddin Dalan söyləyib.
O bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı belə bir dəhşətli soyqırımının törədildiyini faciədən bir neçə gün sonra Türkiyə telekanallarından öyrənib və soyqırımı qurbanlarına dəstək olmaq barədə qərar verib. Beləliklə, bir müddət həmin uşaqlara Türkiyədə psixoloji yardım göstərilib. Reabilitasiya müddəti bitdikdən sonra Rafiq Əziz uşaqlarla birgə Azərbaycana qayıdarkən Bədrədddin Dalan ondan himayə etməsi üçün erməni quldurlarının öz doğma yurd-yuvasından didərgin saldığı azərbaycanlı uşaqlardan 10 nəfər azyaşlını Türkiyəyə gətirməsini istəyib. Bundan sonra R.Əziz Azərbaycana qayıdıb, bir neçəsi Xocalıdan olmaqla 10 nəfər qarabağlı uşağı Türkiyəyə gətirib. O, Türkiyədə azərbaycanlı uşaqların bütün təhsil haqlarını, yaşam xərclərini ödəyərək onlara kömək edib.
Faciə qurbanlarının ağrılı taleyindən danışan B.Dalan Türkiyəyə aparılan xocalılı uşaqlardan birinin başına gələn hadisədən ürək ağrısı ilə bəhs edib:
“Uşaqlardan biri olduqca böyük bir travma almışdı. Ermənilər həmin uşağın atasını onun gözünün qarşısında vəhşicəsinə öldürmüşdülər. Atası qətlə yetirildikdən sonra uşağın dili tutulmuşdu, Türkiyəyə gətiriləndə danışa bilmirdi. Biz bir ilə yaxın həmin uşağın danışması üçün çalışdıq. O uşaq üçün xüsusi həkimlər, psixoloqlar təyin edildi. Nəhayət, bir illik çətin müalicə dövrü keçdikdən sonra uşağın dili açıldı. Sözügedən uşaq danışmağa başladıqdan sonra məktəbə getdi, universitetə qəbul oldu. Hətta magistratura və doktorantura təhsili də aldı. Hazırda evlidir, övladı da var. Amma uşaqlıqda yaşadığı faciələrə və travmalara görə başında ağrılar hələ də qalmaqdadır. O, yenidən danışmağa başlasa da, təəssüf ki, başındakı ağrıların çarəsi tapılmadı”.
B.Dalan bildirib ki, Xocalıdan Türkiyəyə aparılan uşaqlarla indi də əlaqə saxlayır:
“Uşaqlardan bəziləri böyüdükdən sonra yenidən Azərbaycana qayıtdılar, bəziləri isə Türkiyədə yaşayırlar. Himayə etdiyim bütün uşaqlardan xəbərdaram. Hətta onlardan biri mənim qızımdır və yanımda qalır. Mən gətirilən hər bir uşağın mənəvi atasıyam. Onları öz övladım kimi böyütmüşəm. Çox şükür, indi hamısı iş-güc sahibidir. Azərbaycanlı uşaqlar bizim öz övladlarımızdır, onları Türkiyəyə gətirəndə də yalnız bunu düşünürdük. Çünki biz bir millətik, hamımız türkük. Bu illər ərzində hər bir uşağa canımızdan bir parça kimi baxdıq”.![]()
![]()
![]()
Tarix
Xocalılı uşaqları Türkiyəyə aparan professor: “Onlardan birini övladlığa götürdüm” - FOTO
Müsahibə
İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
Müsahibə
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər - Canlı yayım
Siyasət
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
Son xəbərlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto
Tarix
İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Video
Tarix
XİN-dən Zəfər Günü ilə bağlı paylaşım: Milli iradə
Bölgə
Hacıqabulda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram konserti keçirildi.
Müsahibə
Pakistanın baş naziri: "Biz həmişə Azərbaycanın yanındayıq
Tarix
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi
Tarix
Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov
Müsahibə
Ərdoğan sabah Qarabağa gəlir
Tarix
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
İqtisadiyyat
Qara dənizdə ticarət gəmilərinə edilən hücumlar... - Fidan
Siyasət
İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - Foto
Bölgə