Vulfdan gənc yazıçılara 10 tövsiyə
Əsl adı Adelin Stefan olan Virciniya Vulf 1882-ci ildə Londonda dünyaya göz açıb. Səhhəti ilə bağlı yaşadığı problemlərə görə məktəbə getməyən Virciniya Vulf 12 yaşında anasını, 22 yaşında isə atasını itirib. “Xaricə səyahət” adlı ilk kitabı 1915-ci ildə işıq üzü görüb. 1929-cu ildə işıq üzü görən “Özünə aid bir otaq” əsəri klassik feminizm nümunələri arasında özünəməxsus yer tutur. Xanım yazıçının əsərləri 50-dən çox dilə tərcümə olunub. Təkrarolunmaz əsərləri ilə dünya ədəbiyyatına adını yazdıran Virciniya Vulf 1941-ci ildə mart ayının 28-də özünü evinin yaxınlığındakı çaya ataraq intihar edib. Axar.az dahi yazıçının oxucularına tövsiyə etdiyi 10 məsləhəti təqdim edir: 1. Ədəbiyyat zövqünüzü yaxşı kitablarla deyil, pis kitablarla formalaşdırın. 2. Bir yazıçının əsas amalı bacardıqca öz şüurunu zahirə əks etdirməsidir. 3. Yazmaq – yalnız özün oxuyacaqsansa belə, yaxşı vərdişdir. 4. Yazmaq vərdişlərinə yiyələnmək üçün mütləq gündəlik tutun. 5. Hər gün yazın, müstəqil yazın. 6. Yazmağı heç vaxt ertələməyin. 7. Bir adamın digərinə oxumaqla verdiyi bircə məsləhət ola bilər – tövsiyələrə qulaq asmamaq. 8. Yazmaq istədiyinizi yazdığınız təqdirdə heç bir problem yoxdur. 9. Otuz yaşına çatmamış heç bir əsərinizi çap etdirməyin. Əgər çap etdirsəniz, müstəqilliyiniz çərçivələnər. Ətrafdakı insanların fikirlərini önəmsəməyə başlayarsınız. 10. Hər cümlə öz daxilində mütləq bir qığılcım yaşatmalıdır. - See more at: http://axar.az/news/45893#sthash.035vEx99.dpuf
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay