Bu gün milli azadlıq hərəkatının rəhbərlərindən biri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Elçibəyin doğum günüdür.
İnterAz-a istinadən xəbər veririk ki, Ə.Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək, 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.
Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə hadisələri ilə əlaqədar paytaxtı tərk edərək, Kələki kəndinə gedib. Daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.
Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib. O, Fəxri Xiyabanda dəfn olunub.
Tarix
Əbülfəz Elçibəyin anadan olmasından 83 il ötür
Son xəbərlər
Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - 16.11.2026
Tarix
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Müsahibə
Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı
Siyasət
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Siyasət
Körfəz ölkələri İrandan hücumlara görə kompensasiya tələb edib
Son xəbərlər
Kreml Avropanın danışıqlar qrupuna şərt qoyub?
Siyasət
ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski şərti açıqladı
Siyasət
Paşinyan: Ermənistan və Türkiyə münasibətlərin tam normallaşmasına yaxındır
Son xəbərlər
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Texnologiya
Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
Hadisə
Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - Din görüntüləri yaydı
Müsahibə
Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb
Son xəbərlər
Külək güclənəcək - Xəbərdarlıq verildi
Son xəbərlər
İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı
Son xəbərlər