Sadıq Rəhimovun erməni keçiş Vazgeni qovmağı o zaman Moskvanı bərk qəzəbləndirir
1957-ci ildə SSRİ tarixində görünməmiş hadisə baş verir. Azərbaycan qazının Ermənistan və Gürcüstana nəqli məsələsi müzakirəyə çıxarılanda, Mərkəzi Komitə Bürosunda Azərbaycan SSR Nazirlər Sovetinin sədri Sadıq Rəhimov ( Sadıq Rəhimov Gənclər və İdman naziri Azad Rəhimovun babası idi) buna etirazını bildirir.
Belə ki, Moskvanın məsləhətilə onun erməni keşiş Vazgenlə görüşü təşkil edilir. Əslində, Sadıq Rəhimov daha öncə Bakıya göndərilən erməni nümayəndəsinin xoş məramla gəlmədiyini başa düşmüşdü. Ona görə də Vazgeni qəbul etməkdən boyun qaçırmaq istəyirdi. Lakin Moskva bu görüşdə israrlı idi.
Keşiş həqiqətən də xahişlər "zərfi" ilə gəlmişdi. Onun əvvəlki iki xahişini dinləyən S.Rəhimov diplomatik tərzdə, incə siyasətlə onlara rədd cavabı verir.
O, Azərbaycanın öz rayonlarında qaz çatışmadığı halda qazı qonşulara verməkdən imtina edir.
Sonuncu - üçüncü xahiş isə ermənilər üçün daha vacib məsələ idi. Vazgen bildirir ki, Qarabağda yaşayan ermənilər muxtar vilayətin Ermənistana birləşdirilməsini istəyirlər. “Yəqin ki, yerli azərbaycanlılar da buna etiraz etməzlər. Azərbaycan hökuməti də bu işdə xeyirxahlıq göstərsə, pis olmaz...”.
Sadıq Rəhimov elə bərk əsəbiləşir ki, hisslərini cilovlaya bilmir və erməni keçişə ağır cavab verir.( Biz cavabı etika xatirinə bura yazmırıq ) Və onun kabineti tərk etməsini istəyir. Tərcüməçi çaşıb qalır. Keşiş ermənicə danışdığından söhbətə tərcüməçi kömək edirmiş. S.Rəhimov tərcüməçiyə deyir ki, “niyə dayandın, qorxma, sözümü ona çatdır”.
Erməni keşiş ayağa qalxır və artıq hər şeyi başa düşdüyünü deyərək, otaqdan çıxır və birbaşa Moskvaya gedir.
Sadıq Rəhimovun erməni keçiş Vazgeni kabinetindən qovmağı o zaman Moskvanı bərk qəzəbləndirir.
O zamanlar Sadıq Rəhimov hətta Mingəçevirdən qonşu ölkələrə elektrik xətti çəkilməsinə, Daşkəsən filizinin Gürcüstanın Rustavi şəhərinə daşınmasına da etirazını bildirir.
Və bütün bu olanlar onun məsul postu - Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsini itirməsiylə nəticələnir... Sadıq Rəhimovu yerliçilikdə suçlayırlar.
Tarix
Sadıq Rəhimovun erməni keçiş Vazgeni qovmağı
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət
İsrail və Livan arasında planlaşdırılan danışıqlar təxirə salındı
İqtisadiyyat
İqtisadi Şuranın iclası keçirildi
Siyasət
Binanın başımıza uçacağını düşünürdük - Tramp
İqtisadiyyat
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
Tarix