1920-ci il aprelin 28-i ,Yalama ərazisində 350 Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun Quba alayının Yalama qarnizonu 70 minlik rus ordusunun qarşısına çıxıb onlarla döyüşür. Məqsəd Cümhuriyyətin ömrünü bir neçə saat uzatmaq olub
1920-ci il aprel ayının 28-si, saat 00:05 dəqiqə ikən 70 minlik XI Qırmızı Ordu, öndə "III İnternasional", daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samur çayı üzərindəki körpünü keçir. İşğalçı qoşunla Anastas Mikoyan, Qəzənfər Musabəyov da rus süngüləri üzərində Azərbaycanda şura hökuməti qurmağa gəlirlər.
Körpünün başında keşik çəkən piyada taqımının əsgərləri və altı süvari zirehli qatarları görəndə təəccüblənirlər. Çünki cəmi bir neçə saat əvvəl onlar həmin bu körpünün üstündə indi top-tüfənglə üstlərinə gələn rus zabitləri və əskərləri ilə rəqs edir, dostluq-qardaşlıqdan danışırdılar... Artilleriya və pulemyot atəşi ilə kiçik dəstənin müqavimətini qırmaq ruslar üçün çətin olmur. Bundan sonra qatar Yalamaya üz tutur. Yolboyu onları dəmir yolunun kənarında meşədən olan azərbaycanlıların süvari patrulları izləyir.
Ruslar Yalamaya qəflətən hücum etmək istəyirlər. Onların desantı stansiya ilə sərhəd məntəqələrini birləşdirən telefon xəttlərini kəsir. Lakin Azərbaycan Ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında düşməni gözləyir. Belə ki, qarnizonu süvari patrullar xəbərdar etmişdirlər. Ancaq qüvvələr həddən artıq qeyri-bərabər idi. Həmdulla Əfəndinin könüllülər dəstəsindən savayı, kiminsə köməyə yetişəcəyinə ümid yox idi.
İlk toqquşma stansiyaya bir kilometr qalmış baş verir. Azərbaycanlılar Yalamadan zirehli qatarlara qarşı parovoz yola salır. Məqsəd qəza törədib dəmiryolunu sıradan çıxarmaq və qatarların önünü kəsməkdir. Lakin "III İnternasional"dan iki sərrast top atəşi ilə buxar maşınının qazanı partladılır. Parovoz sürətini azaldaraq qatara çatmamış dayanır, onu itələyə-itələyə ehtiyat yola keçirirlər. Bundan sonra ağır döyüş başlanır. Zirehli qatarlardan fuqas mərmilərlə azərbaycanlı topçuların mövqeləri, pulemyot dzotları dağıdılır. Qatarların şrapnel mərmilər və pulemyot atəşi ilə dəstək verdiyi rus desantı hücuma keçir.
Yalama qarnizonu bu hücuma iki saat davam gətirir. 350 döyüşçü son nəfəsinədək stansiyanı qoruyur. Sağ qalanlar partizan dəstələrinə qoşulmaq üçün geri çəkilir.
Rus desantı da döyüşdə ciddi itki verir. Məsələn, XI Qırmızı Ordunun məşhur komandirlərindən biri, 28-ci diviziyanın veteranı Nemıkin də bu döyüşdə ölür.
Əslində Yalama stansiyasının keşiyini çəkən Cümhuriyyət əsgərlərinin seçimi var. Düşmənə təslim olmaq. Nə ordunun sayı, nə texnika, nə də başqa hərbi təchizat baxımından saylar bərabər deyil. Amma Cümhuriyyət əsgərləri geri çəkilmir, sonuncu dəfə Cümhuriyyət şərəfi uğrunda döyüşə girirlər.Cümhuriyyət əsgərlər döyüşdə şəhid olmaqla 2 saatlıq da olsa Cümhuriyyətin ömrünü uzadırlar.
Allah rəhmət eləsin.
Tarix
350 ƏSGƏR 70 MİN RUS QOŞUNUNA QARŞI!
Son xəbərlər
ABŞ səfiri belçikalı naziri təhqir etdiyi üçün XİN-ə çağırıldı
Texnologiya
Nazirlik Ərdoğanın Qarabağ Universiteti ilə bağlı qərarını şərh etdi
Siyasət
Rusiya bu ölkəni də hədələdi: Cavab zərbəsi olacaq!
Siyasət
Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya
İqtisadiyyat
Qətər və İran arasında Hörmüz boğazı ilə bağlı müzakirələr
İdman
Prezidentdən "Sabah"la bağlı sərəncam
Son xəbərlər
ABŞ bundan heç nə qazanmayacaq - Pezeşkian
Siyasət
XİN-dən Çin-Nepal sərhədində baş verənlərlə bağlı paylaşım...
Siyasət
İsrail HƏMAS-a məxsus silah anbarlarını məhv etdi
Müsahibə
Dostluq MTK rəhbəri Mahir Cəfərovla müsahibə
Müsahibə
Azərbaycanda iki qurum birləşdirildi
Mədəniyyət
İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi
Siyasət
Haber Global" İlham Əliyevin Özbəkistan səfərindən süjet təqdim edib - VİDEO
Siyasət
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Siyasət