ABŞ Rusiya-Ukrayna münaqişəsi ilə bağlı konsepsiya hazırlayıb.

Bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner məlumat verib.

“Artıq münaqişənin nizamlanması ilə bağlı konsepsiyamız və yanaşmamız var. Bunun uğur gətirib-gətirməyəcəyini bilmirəm, lakin kifayət qədər məntiqli görünür. Görünür, hazırda hər iki tərəf bunu sınamağa hazırdır”, - Kuşner qeyd edib.