Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yunanıstanlı həmkarı Konstantinos Tasulas ilə görüşüb.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Ərdoğan Tasulası rəsmi mərasimlə qarşılayıb. Daha sonra liderlər təkbətək görüşə başlayıblar.

Görüş mətbuata qapalı keçirilir.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yunanıstanlı həmkarı Konstantinos Tasulas arasında keçirilən görüş başa çatıb.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüşdə Ərdoğan iki ölkə arasında münasibətlərin bütün sahələrdə ciddi potensiala malik olduğunu söyləyib.

Bundan əlavə, Ərdoğan Egey dənizi və Şərqi Aralıq dənizinin sabitlik və rifah məkanına çevrilməli olduğunu qeyd edib.