800 min insanın ölümü ilə nəticələnən bu soyqırım 1994-cü ildə Mərkəzi Afrika ölkəsi Ruandada gerçəkləşmişdir.
O dövr üçün Ruandada əhalinin 90%-i Hutu, 9%-i Tutsi, 1%-ə qədəri isə Piqmey qəbiləsinin nümayəndələri idi. Piqmeylər yaşayış yerləri və mədəni səviyyələrinə görə fərqlənsə də, o günə qədər birlikdə yaşayan tutsilər və hutular bir-birindən fərqlənmirdilər.
Afrika siyasətində idarə edən və edilən ünsürləri bir-birindən ayırmaq üçün belçikalılar eyni dilə və mədəniyyətə malik olan bu iki qəbiləni zamanında fərqləndirmişdilər. Onlar, tutsilərə daha çox dəstək olmuş və onlara xüsusi imtiyazlar tanımışdılar. Kolonistlər hətta qəbilələri fərqləndirmək üçün onlara irqi ayırd edən sənədlər də hazırlamışdılar. Belçikalılar insanların hansı iqrdən olmağına qərar verərkən obyektivlikdən uzaq olan, ağılasığmaz üsullardan istifadə etmişdilər. Onlara görə, Efiopiya əsilli olduğuna inanılan tutsilər uzunboylu, gözəl görünüşlü olanlar idilər. Bununla yanaşı zəngin olanlar, məsələn 10 inəyi olan da tutsilərdən hesab olunurdular. Bu dönəmdə yaxşı təhsil alan tutsilər ölkədə ən yaxşı şərtlərlə hər şeyə sahib olmuşdular.
Ruanda müstəqillik qazanandan sonra ölkədə vəziyyət dəyişir və hutular hakimiyyətə gəlirlər. Hutular Belçika dəstəklisi tutsiləri ölkədə sıxışdırmağa başlayırlar. Belə də tutsilər qonşu Tanzaniya və Uqandaya sığnmağa məcbur qalırlar.
1980-ci ilə qədər qonşu ölkələrdəki tutsilərin sayı yarım milyon nəfərə çatır. Təhsilli tutsilər öz ölkələrinə dönmək üçün təşkilatlanmağa başlayırlar. Uqanda qaçqın düşərgələrindən çıxan tutsilər Ruandaya qayıdıb hökumət ilə silahlı mücadiləyə atılırlar. 1990-92-ci illər ərzində ölkəni vətəndaş müharibəsi bürüyür. 1992-ci ilin avqustunda sülh sazişi imzalansa da bu uzun çəkmir.
1994-cü ildə hutulardan olan dövlət başçısının təyyarəsinin düşürülməsi, Ruandada dünyanın ən böyük soyqırımlarından birinin gerçəkləşməsi üçün bəhanə olur. Yüz gün ərzində hutular 800 min tutsini və tolerant hutunu qətl edirlər. Bu rəqəm ölkə əhalisinin 14%-i demək idi.
Soyqırım o qədər amansız olur ki, zəngin tutsilər hutulara güllə pulu verib, onlara məhz güllə ilə öldürülmələri üçün yalvarırlar. Tutsi öldürməkdən yorulan hutular tutsilərin daban vətərlərini kəsir və bu yolla onların qaçmalarına mane olur, daha sonra isə dinclərini alıb onları öz kəskin alətləri ilə doğrayaraq öldürürdülər.
Soyqırım, tutsi dəstəkli "Ruanda Vətənsevər Cəbhəsi" lideri Paul Kegame'yə bağlı güclərin, hutuların hakimiyyətini devirməsi ilə başa çatır. Bundan sonra tutsilərin intiqam alacaqlarından ehtiyatlanan yüzminlərlə hutu qonşu Konqo Demokratik Respublikasına qaçmağa məcbur olur.
Bir çox siyasətçilərin fikirinə görə, hadisələrə sükutla yanaşan ABŞ və soyqırımı dəstəkləyən hutularla yaxın dostluq münasibətlərində olan Fransa, Ruanda soyqırımndan ən çox məsuliyyət daşıyan ölkələrdir.
Tarix
Ruanda soyqırımı
Siyasət
20 milyon ukraynalı Avropaya axın edəcək - Zelenski
İdman
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi
İqtisadiyyat
Dünya Bankı Azərbaycan iqtisadiyyatına nə qədər vəsait ayırıb?
Siyasət
Lavrov İrana gedəcək
Siyasət
İlham Əliyev Hindistanın yeni səfirini qəbul etdi
Müsahibə
Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"
Son xəbərlər
Rusiyaya hücum: Neft zavodu yandı
Siyasət
Ceyhun Bayramov çinli həmkarı ilə nələri müzakirə etdi? - Foto
Siyasət
İsrail prezidenti Azərbaycana gəldi
İqtisadiyyat
Kartdan-karta pul köçürmələri ilə bağlı yeni qərar - Tariflər
Siyasət
Avropanın Rusiyaya münasibəti dəyişməyəcək - Knaysl
İqtisadiyyat
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"
Son xəbərlər
Türkiyədən Moskvaya uçan təyyarələr geri qayıtdı
Son xəbərlər
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi
Siyasət