Səhiyyə Nazirliyi: Partlayış zamanı altı nəfər yaralanıb – ADLAR + YENİLƏNİB
Səhiyyə Nazirliyi: Partlayış zamanı altı nəfər yaralanıb – ADLAR + YENİLƏNİB
Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissənin silah anbarında baş verən partlayış zamanı xəsarət alan şəxslərin adları məlum olub.

interxeber.Az xəbər verir ki, AzVision.az-ın əldə etdiyi eksklüziv məlumata görə, xəsarət alan şəxslər həmin hərbi hissənin əməkdaşlarıdır:

Hüseynov Kamran Rasim oğlu
Abbasov Nəsimi Bibiqulu oğlu
Ağayev Məhəmməd Ağarza oğlu
Cəbrayılov Vidadi Talıb oğlu
Məmmədyarov Samir Fazil oğlu
Dəmirov Əlverdi Alışoğlu

Siyəzən Diaqnostika Mərkəzindən bildirilib ki, xəsarət alan şəxslərin durumu stabildir, həyatları üçüçn təhlükə yoxdur.

13:26

Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova virtualaz.org-a bildirib ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Hazırda onlar Siyəzən Diaqnostika Mərkəzinə aparılır.

Yaralıların arasında vəziyyəti ağır olan yoxdur.

13:01

Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

Oxu.Az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov virtualaz.org-a onu da bildirib ki, hələlik təcili yardım briqadaları hadisə yerinə yaxınlaşa bilmir.

“Yanğın o qədər şiddətlidir ki, hərbi hissənin ərazisinə yaxınlaşmaq mümkün deyil. Bu səbəbdən hələlik yaralıların və ölənlərin olub-olmadığı haqda heç bir məlumat yoxdur. Gözləyirik” - deyə o bildirib.

12:06

Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

Interxeber.Az-ın məlumatına görə, bu barədə APA-ya Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib.

Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.

Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M.Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.

Hadisəyə yaxın yaşayış məntəqələrindən əhali evakuasiya olunur.

Son xəbərlər

Tehran Universitetində aksiya: polis həbslərə

Zelenskidən şok: Trampın razılaşmasını imzalamadı

Parkda abadlıq işləri tamamlanır

Tramp Bakının da iştirakçısı olduğu dəhlizi bloklayır

Prezidentlərin təkbətək görüşü başladı

İlham Əliyev Somali prezidentini belə qarşıladı - Foto

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

Azərbaycan Rusiyaya nota göndərdi

Azərbaycandan qaz idxalı üzərində işləyirik - Fitso

Hakan Fidan Qətərə gedir

Heç kim onlara göstəriş verə bilməz! - Ərdoğan

Rusiya axşam saatlarında 5 PUA-nı məhv etdi

Oğlunu hərbi xidmətə yola salan ana QƏFİL ÖLDÜ

İsrail İordan çayının Qərb sahilində antiterror əməliyyatına başlayıb

Pentaqonun yeni rəhbərinin adı məlum olub

İlham Əliyev Davosda "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru ilə görüşüb

20 Yanvar faciəsinə gedən yol

Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp

Ərdoğan: Putinlə bunu müzakirə edəcəyəm!

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Xarici işlər naziri: "Ən qısa zamanda müvəqqəti işlər vəkilimiz Suriyaya gedəcək"

Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR

Fidan Lavrovla nələri müzakirə etdi?

Türkiyə ordusu bu ölkəyə girəcək - MN anons etdi

Gülər Almaniyanın müdafiə naziri ilə danışdı

Baş nazirdən daha bir qərar

Məzunların Prezidentə müraciəti

Hakan Fidan: "PKK-nın ləğvi zaman məsələsidir"

Sikorski Bayramova zəng etdi

Luka Modriç əfsanəvi futbolçunun rekordunu yeniləyib

Prezident və ailəsi Şahdağda...

"Pələng Tatulu" Adnan Əhmədzadənin Uşaqlarının Anası GÖRÜN KİM İMİŞ

Bu gündən bu sosial ödənişlərin də məbləği artdı

Bütün xəbərlər