Hövsan Olimpiya Kompleksində ölüm hadisəsinin qeydə alındığı yarış qaydasız döyüş yox, pankration üzrə Azərbaycan çempionatı olub.XezerXeber.com-un məlumatına görə, bu barədə "Report"a kompleksin direktoru Məmməd Eyvazov açıqlama verib.

O bildirib ki, hadisə vaxtı rəhbərlik etdiyi idman qurğusunda eyni vaxtda 3 növ - pankration, üzgüçülük və sambo üzrə yarış keçirilib. M.Eyvazov hadisənin ani baş verdiyini bildirib: "Mən olaydan xəbər tutanda gördüm ki, idmançını maşına qoyub poliklinikaya aparırlar. Huşunu itirdiyi vaxt isə ona ilkin tibbi yardım göstərilərək naşatır spirti verilib. Poliklinika yaxınlıqda olduğundan, Təcili yardım maşınının idman zalından kənarda gözlədilməsinə ehtiyac olmayıb. Elə özləri tez maşına qoyaraq aparıblar".

M.Eyvazov bildirib ki, kompleks rəhbəri olaraq yarış zamanı baş verənlərə cavabdehlik daşımır: "Biz yarışın keçirilməsinə şərait yaradırıq, təşkilatçı isə Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasıdır".

Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov isə hamının xoşagəlməz hadisədən təsirləndiyini bildirib: "Biz dövlət qeydiyyatından keçmiş federasiyayıq və artıq 8-ci ildir çempionat keçiririk. Pankration isə peşəkar yox, həvəskar idmançılar arasında keçirilir. Bu dəfə də idmançılar yarışa çıxmazdan öncə tibbi arayış almışdılar. Bu, hamının başına gələ biləcək bir qəzadır. Hamımız hadisədən təsirlənmişik, başımızı itirmişik. Valideyni də deyir ki, oğlumun 27 yaşı var, yarışa gedib. Başına belə iş gəlib".

A.Əsgərov hadisəni belə nəql edib: "Dünyasını dəyişən idmançı Ramin Zeynalovun rəqibi sumqayıtlıdır. Hər ikisi idmançıdır, uşaq deyillər, 27 yaşları var. Müxtəlif idman növləri üzrə medal və diplomlarla təltif olunublar. 18-dən aşağı yaşları olsaydı, deyərdik ki, yarışa aldadıb çıxarıblar. Həkimdən də tibbi arayışları var idi. Hadisə də hansısa zərbə nəticəsində yox, güləşdikləri vaxt baş verdi. Kadrlar internetə qoyulub. O biri bunun ayağına girib və yıxılıblar. Bu zaman rəqibi onun sinəsi üstünə düşüb. Həkimlər də gələrək ilkin tibbi yardım göstəribrlər".

Federasiya rəsmisinin sözlərinə görə, Təcili yardım maşını gələnədək idmançını özləri yaxınlıqdakı poliklinikaya aparıblar: "Ora getdiyimiz vaxt Təcili yardım gəldi. Təcili yardım maşını qapının ağzında dayana bilməz ki... Hansı yarışda Təcili yardım maşını bayırda dayanır? Maşın gələnədək zərərçəkən idmançını özümüz bayıra çıxardıq ki, bəlkə ürəyi sıxılıb, hava alsın. Oradan da poliklinikaya apardıq. Həmin vaxt hələ keçinməmişdi. Biz kömək göstərmək istədik".

Hazırda faktla bağlı araşdırmanın getdiyini deyən A.Əsgərov hər şeyə ekspertiza rəyindən sonra aydınlıq gələcəyini bildirib.

Qeyd edək ki, martın 27-də Hövsan Olimpiya Kompleksində keçirilən Azərbaycan çempionatı vaxtı ölüm hadisəsi baş verib. Quba rayonunun 27 yaşlı sakini Ramin Zeynalov döyüş vaxtı ölüb.

Son xəbərlər

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

Azərbaycan Rusiyaya nota göndərdi

Azərbaycandan qaz idxalı üzərində işləyirik - Fitso

Hakan Fidan Qətərə gedir

Heç kim onlara göstəriş verə bilməz! - Ərdoğan

Rusiya axşam saatlarında 5 PUA-nı məhv etdi

Oğlunu hərbi xidmətə yola salan ana QƏFİL ÖLDÜ

İsrail İordan çayının Qərb sahilində antiterror əməliyyatına başlayıb

Pentaqonun yeni rəhbərinin adı məlum olub

İlham Əliyev Davosda "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru ilə görüşüb

20 Yanvar faciəsinə gedən yol

Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp

Ərdoğan: Putinlə bunu müzakirə edəcəyəm!

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Xarici işlər naziri: "Ən qısa zamanda müvəqqəti işlər vəkilimiz Suriyaya gedəcək"

Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR

Fidan Lavrovla nələri müzakirə etdi?

Türkiyə ordusu bu ölkəyə girəcək - MN anons etdi

Gülər Almaniyanın müdafiə naziri ilə danışdı

Baş nazirdən daha bir qərar

Məzunların Prezidentə müraciəti

Hakan Fidan: "PKK-nın ləğvi zaman məsələsidir"

Sikorski Bayramova zəng etdi

Luka Modriç əfsanəvi futbolçunun rekordunu yeniləyib

Prezident və ailəsi Şahdağda...

"Pələng Tatulu" Adnan Əhmədzadənin Uşaqlarının Anası GÖRÜN KİM İMİŞ

Bu gündən bu sosial ödənişlərin də məbləği artdı

İlham Əliyevdən Yeni illə bağlı paylaşım - Foto

Qəzada həlak olan ekipaj üzvləri ilə vida... - Fotolar

Qazaxıstana təyyarə qəzası ilə bağlı təzyiq edilir?

Vladimir Putin İlham Əliyevə zəng vuraraq təyyarə qəzasına görə üzr istədi

Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat, xəsarət alanlara 20 min manat ödəniləcək

Prezident İlham Əliyev təyyarə qəzasına görə Rusiya səfərini yarımçıq qoydu

Bütün xəbərlər