Ermənistanın Sünik vilayətinin məhkəməsi Azərbaycan ordusunun hərbçisi Nəsimi Musayevin həbs müddətini daha üç ay uzadıb.

Bu barədə Ermənistan mətbuatında məlumat verilib.

Bildirilib ki, Şəki kəndinə daxil olaraq yerli sakin Ani Avetisyanı yaralamaqda təqsirləndirilən Musayevlə bağlı prokurorun vəsatətini hakim təmin edib.

Xatırladaq ki, oktyabrın 1-i saat 14:15-də Nəsimi Musayev Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Naməlum şəraitdə Şəki (Zəngəzur) kəndi istiqamətində sərhədi keçən hərbi qulluqçu 2 ay müddətinə həbs edilmişdi.