Qarabağ- 100 illik münaqişəyə qısa baxış

10 noyabr 2020-ci il Ermənistanın kapitulyası ilə birlikdə artıq Qarabağ münaqişəsi tarixə qovuşmuşdu. Lakin Qarabağın dağlıq hissəsində qalan silahlı separatçı dəstələr Azərbaycan Dövlətinə tabe olmaq istəmədikləri üçün münaqişənin yekun həlli və tərəflər arasında sükh müqaviləsinin bağlanması xeyli gecikdi. Azərbaycan tərəfindən dəfələrlə edilən təkliflərə baxmayaraq, separatçılar silahı yerə qoyub, təslim olmağa razı olmadılar. Nəticədə 19 sentyabr 2023-cü il tarixində separatçılara qarşı anti-terror əməliyyatı keçirildi. Heç bir sutka belə davam gətirə bilməyən separatçı rejim 20 sentyabr tarixində təslim olmuşdur. Əldə olunan razılaşmaya əsasən, separatçı ordu dağıdılmış, seperatçı rejim ləğv edilmişdir. Çingiz Aytmatovun dili ilə desək, həmin gün tariximizin əsrə bərabər günü olmuşdur. Nə qədər bədii səslənsə də, həmin gün həqiqətən də bir əsrlik münaqişəyə son qoyan gün idi. Bu məqalədə sizinlə münaqişənin uzun tarixinə nəzər salacaq, birlikdə onun siyasi və hüquqi aspektlərini təhlil edəcəyik.

Qarabağ münaqişəsi 1988-ci ilin fevral ayında başlansa da, ermənilərin Qarabağa göz dikmələrinin uzun tarixi vardır. Bu tarix bizi 1905-1906-ci illərdə baş vermiş erməni-müsəlman davasına aparır. 1890-cı ildə qurulmuş Daşnaksütyun partiyası Çar Rusiyasının məmurlarının əli ilə erməniləri silahlandırır və onlara təlim keçirdi. Silahlı erməni dəstələri Naxçıvanda, Şuşada, Gəncədə və Bakıda yerləşmiş və qırğına başlamaq üçün “işarə” gözləyərdilər. Adı çəkilən şəhərlərin seçilməsi təsadüfi deyildi çünkü bu yerlərdə azərbaycanlılar məskunlaşmışdırlar və ermənilrə burada etnik təmizlik həyata keçirməklə balansı öz xeyirlərinə dəyişmək istəyirdilər. Hücum ilk növbədə Bakıda başlamış, buradan digər vilayətlərə yayılmışdı. Həmin dövrün mənbələrinə əsasən, türklərin yaşadığı 100-ə yaxın kənd dağıdılmışdı. Həmin dövrdə yaşamış Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı bu hadisələr haqqında çox önəmli məlumatlar verir. Həmin dövrdə azərbaycanlılar ermənilərə qarşı müqavimət göstərmək üçün “Difai” partiyasını yaratmışdır. Partiyanın Qafqaz canişinliyinə göndərdiyi məktubda deyilirdi:

"Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda, yəni silahlarla, hətta toplarla təchiz edilmiş Daşnaksütun Partiyası, bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökumətini özünə tabe ədib ən ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Bizim Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah Daşnak Partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik."

“Difai” partiyasının məramı təkcə sözlərlə bitmir, öz məqsədlərini əmələ keçirməyi də bacarırlar. Partiya ermənilərə yardımçı olan çar məmurlarının amansız düşməninə çevrilir. Partiyanın ilk hədəfi Gəncə qubernatorunun müşaviri Kreşçinski olur. Naxçıvan qəzasının naibi polkovnik Engel və Şuşada ermənilər türklərə qarşı qırğın keçirəndə ermənilərə kömək edən general Qoloşanov Difainin növbəti hədəfləri olur. Bu addımlar çar məmurlarını xeyli qorxudur və onların ermənilərə göstərdiyi köməkliklər xeyli zəifləyir.

Lakin ermənilərin törətdikləri qırğınlar dayanmır. Müəyyən aralıqlarla bu qırğınlar davam edir. 1918-ci ilin martında isə Bakı Kommunasının da dəstəyi ilə özünün pik həddinə çatır. Həmin vaxtda türklərin Qafqazdan silinməsinin qarşısını alan, Qafqaz İslam ordusu və yeni yaradılmış AXC-nin silahlı dəstələri olur. AXC dövründə də ermənilərlə Azərbaycan arasnda toqquşmalar səngimir Xüsusən də, Qarabağ və Naxçıvan uğrunda şiddətli döyüşlər gedir.

Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra mübarizə hərb sahəsində səngisə də, siyasi müstəvidə hələ də, davam edirdi. Ermənilər daimi olaraq, Qarabağ, Naxçıvan, Zəngəzur və Qazax bölgələrinə iddia qaldırırdı. Moskva rəhbərliyi bu problemi “həll etmək” üçün aşağıdakı addımları atdı:

● 1920-ci ilin dekabrında Zəngəzur mahalı Ermənistan SSR-ə verildi.
● 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı və Xankəndinə “Stepanakert” adı verildi.
● 1929-cu ildə Naxçıvan Muxtar Respublikasına məxsus 657 kv.km ərazi və Qazax bolgəsinin 4400 hektarlıq meşə sahəsi Ermənistana verildi.
● 1930-cu ildə Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Əldərə, Lehvaz, Astazur və digər yaşayış məntəqələri Ermənistana verilir və bu ərazilər üzrəMehri rayonu təşkil edilir.
● 1938-ci ildə Sədərək və Kərki kəndlərinin bir hissəsi Ermənistana verilir.
● 1945-ci ildə ermənilər Stalinin adına müraciət yazaraq ondan Qarabağın Ermənistana verilməsini tələb etmişdir.
● 1965-ci ildə Xankəndində yaşayan Hovanesyan adlı erməninin rəhbərliyi ilə 13 nəfər erməni sakin DQMV-nin Ermənistana birləşdirilməsi haqqında məktubla SSRİ Ali Sovetinə müraciət edir.
Qeyd etmək lazımdır ki, Qarabağın taleyində əhəmiyyətli dönüş nöqtəsi 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR rəhbərliyinə yüksəlməsi oldu. Heydər Əliyev hələ DTK-da işlədiyi müddətdən başlayaraq, erməni millətçiləri ilə amansız mübarizə aparmışdır. 1967-ci ildə Xankəndində separat məzmunlu vərəqələr paylanmışdı. Vərəqələrdə Qarabağın guya ki. erməni torpağı olması kimi səfsətələr yer almışdı. Tək həmin ildə 1200-dən artıq belə vərəqələr paylanmışdı. Dərhal DTK tərəfindən Qarabağa əməliyyat-istintaq qrupu göndərilmişdir. 13 nəfər həmin vərəqələri hazırlayan, 17 nəfər isə həmin vərəqələri yayan şəxslər həbs edilmişdi. Qeyd etmək lazımdır ki, həmin dövrdə Azərbaycan SSR-in DTK-a Heydər Əliyev rəhbərlik edirdi.

1967-ci ildə Qarabağda iki erməni öz soydaşları tərəfindən qətlə yetirilmişdi. Əvvəlcə şübhəli şəxs qismində cəlb edilən daha sonra isə, bəraət alan iki azərbaycanlı isə erməni millətçiləri tərəfindən öldürülmüşdü. Burada ermənilərin məqsədi ərazidə etnik zəmində münaqişə yaratmaq və azərbaycanlıların Qarabağdan köçürülməsinə nail olmaq idi. Amma bu planları Heydər Əliyevin müdaxiləsi nəticəsində baş tutmamışdır. Ulu Öndər şəxsən özü Xankəndinə gəlmiş və cinayət işinin gedişinə nəzarət etmişdir. Qarabağda olduğu müddətdə Şuşaya da getmiş, 1905-1920-ci illərdə olan qırğınlarda evləri dağıdılmış azərbaycanlıların evlərinin bərpa olunmadığını görəndə bərpa haqqında tapşırıqlar vermişdir. Yeri gəlmişkən, bu hadisələr haqqında DTX “Konfidensial: Xankəndi-1967” adlı sənədli film hazırlamışdır.

1977-ci ildə SSRİ-də yeni konstitusiya hazırlanarkən, erməni millətçiləri yeni konstitusiyada Qarabağın Ermənistanın tərkib hissəsi kimi göstərilməsi ilə bağlı təklif vermişdilər. Həmin vaxt Heydər Əliyev alimlərə Qarabağla bağlı elmi araşdırmalar aparılmasını tapşırmışdı. Nəticədə, yığılan materiallar SSRİ-nin rəhbəri L.İ.Brejnevə göndərilmiş və ermənilərin çirkin niyyətlərinin qarşısı alınmışdır.

1982-ci ildə Ulu Öndərin Şuşaya iki səfəri olmuş, bu səfərlər çərçivəsində Molla Pənah Vaqifin məqbərəsinin və Xurşidbanu Natəvanın abidəsinin açılışı olmuşdur. Həmçinin Şuşada “Poeziya evi”min açılışı olmuş, Xankəndində Pedoqoji İnstitutunun əsası qoyulmuşdur.

Daha sonra Heydər Əliyev Azərbaycan rəhbərliyindən uzaqlaşdırıldı.

Bu dövrdən istifadə edən erməni millətçiləri təbliğatlarını daha da gücləndirdilər. Məsələn, Zori Balayan “Ocaq” kitabını yazdı. Hansı ki, bu kitabın əsas məqsədi tarixi saxtalaşdırmaqdan başqa bir şey deyildi. Xankəndində “Krunk” təşkilatı yaradılır və bu təşkilat Dağlıq Qarabağın guya ki, ermənilərə məxsus olması haqqında müxtəlif vərəqələr paylayır. Beləliklə, erməni təbliğatı öz işini görür.

Tarix 1988-ci ilin fevral ayına gəldik də, Xankəndi ermənilər mitinq keçirir. Mitinqin məqsədi təbii ki, öz planlarına uyğun olaraq, Qarabağın Ermənistana birləşdirilməsi idi. Ermənilərin bu dövrdə əsas iki üstünlükləri var idi. İlk növbədə Azərbaycanın faktiki olaraq başsız qalması, digəri isə SSRİ-nin dağılma mərhələsi başladığı üçün Mərkəzin nəzarəti itirməsi.

Tariximizin bu acı günlərində baş verən hadisələr hamımızın yaxşı yadındadır. Tarixi hadisələri sadalamaq əvəzinə mən sizinlə, həmin dövrdə qəbul edilmiş brynəlxalq sənədləri təhlil etmək istəyirəm. Başlamamışdan öncə, torpaqlarımızın müdafiəsi uğrundan Birinci Qarabağ müharibəsində şəhid olan 11557 şəhidimizə Allahdan rəhmət diləyirəm.

Bildiyiniz kimi, Azərbaycan Respublikası 1991-ci ilin oktyabrında öz müstəqilliyinə qovuşduqdan sonra, BMT-ə üzvlük haqqında müraciət etmişdi. 1992-ci ilin martında Azərbaycan BMT-ə üzv qəbul edildikdə, ölkə rəhbərliyi BMT-ə Qarabağ məsələsinə münasibət bildirilməsi üçün müraciət etmişdi. Həmin dövrdə BMT-in nümayəndələri regiona səfər etmiş və bu barədə BMT Baş Katibinə hesabat təqdim olunmuşdu. BMT isə həmin dövrdə regionda iş aparan ATƏT-i (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) dəstəklədiyini bildirmişdir. Bu bizim ərazi bütövlüyümüzə olan etinasızlığın ilk göstəricisi idi. Növbəti dəfə Şuşanın işğalından sonra Azərbaycan Respublikası BMT-ə müraciət etmişdi. 1992-ci ilin 12 may tarixində BMT iclasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul edilmişdi amma bu bəyanatın heç bir təsir qüvvəsi yox idi. Azərbaycan rayonları işğal edilir, beynəlxalq aləm isə doğru-düzgün reaksiya vermirdi. Beynəlxalq aləmin reaksiyasızlığın sübutu kimi Xocalı soyqırmını göstərə bilərik. Soyqırımı beynəlxalq hüquqda ən böyük cinayət hesab edilir.

Nəhayət 1193-cü ilin aprelində Kəlbəcər rayonunun işğalından sonra BMT Təhlükəsizlik Şurası Kəlbəcər rayonunun işğalı ilə bağlı 822 saylıq qətnaməni qəbul etdi. Amma öz növbəsində bu qətnamənin də qüsurları var idi:

● Qətnamənin tərkibi yalnız ümumi sözlərlə yüklənmişdi.
● Kəlbəcər işğal edən qüvvələr kimi Ermənistan Silahlı Qüvvələri yox, “yerli erməni əhali” göstərilmişdi.
1993-cü ilin iyul ayının 23-də Ağdam rayonu düşmən tərəfindən işğal olundu. Bu onu göstərirdi ki, Ermənistan Respublikası BMT-nin qəbul etdiyi qətnamələrin qüvvəsini tanımır və beynəlxalq hüququ ayaqlar altına alır. Belə olan halda BMT öz qətnamələrinin icrası üçün sanksiyalar tətbiq etməli, Ermənistanı işğaldan çəkindirmək üçün bütün qüvvələri səfərbər etməli idi. Amma bunların heç biri edilmədi. Əvəzində Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi qəbul edildi. Sənəddə yenə də, Azərbaycanın ərazilərinin işğal faktı təsdiqlənir, Ermənistanı işğalı dayandırmağa və işğal olunmuş əraziləri tərk etmək tələb edilirdi. Amma artıq bu tələblərin heç bir qüvvəsi yox idi çünkü real olaraq bu sənədlər tətbiq edilmədi. Daha sonra Qubadlının işğalı ilə bağlı 874, Zəngilan və Horadiz qəsəbəsinin işğalı ilə bağlı 884 saylı qətnamələr qəbul edildi. Amma bu sənədlər elə kağız parçası olaraq da qaldı. Yeri gəlmişkən, BMT-nin qəbul etdiyi sənədlərin icrasını Azərbaycan Respublikası müəyyən vaxtlarda həyata keçirdiyi əməliyyatlarla təmin etdi. Uzun müddət davam edən dağıdıcı müharibə və ölkə rəhbərliyinin səriştəsizliyi, xarici əlaqələri düzgün qura bilməməsi öz təsirini çox pis şəkildə göstərdi.

Nəhayət uzun müddətli fasilədən sonra Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Əslində daha əvvəldə qayəda bilərdi, əgər Ayaz Mütəllibov öz hakimiyyətini qorumaqdan ötrü, Konstitusiyaya prezident seçkilərinə qatılmaq üçün maksimum yaş senzi tələbi qoymasa idi. Əgər belə olsa idi, bu bəlalər bəlkə də, Azərbaycanın başına gəlməzdi. Çünki Azərbaycanın siyasi rəhbərliyi daxilində ermənilər yalnız ondan çəkinirdilər. Heydər Əliyev bütün bu dövr ərzində Naxçıvanın rəhbəri olaraq çalışmış, ermənilər Naxçıvana hücum etməklə, ikinci cəbhə xətti açmaq istədikdə, Türkiyə dövlətinin o zamankı rəhbərliyi əməkdaşlıq edərək, bu hücumların qarşısını ala bilmişdi. Həmin dövrdə Naxçıvana gedən qaz və işıq xətləri də kəsilmişdi. Bütün bunlara baxmayaraq, 1993-cü ilin oktyabr ayında keçirilən ümümxalq səsverməsi ilə Heydər Əliyev Azərbaycanın üçüncü prezidenti seçildi. Həmin dövrdə Azərbaycanda vəziyyət həddindən artıq gərgin idi. Cəbhədə ard-arda məğlubiyyətlər yaşayırdıq, cənubda erməni separatçıları ilə əlbir olan Əlikram Hümbətov Talış-Muğan Respublikası yaradıb, torpaqlarımıza göz dikmişdi, Şimalda SADVAL adlanan qrup, müxtəlif xüsusi xidmət orqanlarının tapşırığı ilə, qondarma “Ləzgistan” yaratmağa çalışırdı. Belə bir şəraitdə ən birinci atılmalı olan addım, müharibəni dayandırmaqla, ölkənin rahat nəfəs almasına imkan vermək idi. Amma ermənilər qələbə qazandıqları vaxtda onları atəşkəsə razı salmaq asan iş olmayacaqdı. Buna görə də, bizə cəbhədə qələbə lazım idi. Ulu Öndərin rəhbərliyi ilə Qarabağda Azərbaycan ordusunun Birinci Qarabağ Müharibəsindəki son hücum əməliyyatının planı hazırlandı. “Horadiz” əməliyyatı adlanan bu əməliyyat nəticəsində, Füzuli rayonunun Horadiz qəsəbəsi və 20 kəndi işğaldan azad edilmişdir. Düşmənin xeyli canlı qüvvəsi məhv edilmiş, silah-sursat döyüş qəniməti olaraq ələ keçirilmişdi. Bundan sonra Ermənistanla atəşkəs haqqında Bişkek protokolu imzalanmışdı. Cəbhədə sakitlik əldə ediləndən sonra, ölkədaxili məsələlər həll olunmağa başladı. Əvvəlcə “TMR” daha sonra isə “SADVAL” süpürülüb atıldı. Daha sonra dövlət quruculuğu məsələlərinə başlanıldı. Yeni Konstitusiya, qanunlar, məcəllələr qəbul edildi. Azərbaycan normal dövlət olaraq fəaliyyət göstərməyə başladı. 1994 və 1995-ci illərdə xarici xüsusi xidmət orqanları tərəfindən təşkil edilməklə, iki dəfə dövlət çevrilişinə cəhd edilsə də, bunların qarşısı vaxtında alındı. Bişkek protokolu imzalandıqdan sonra, aktiv olaraq ordu quruculuğu prosesinə də başlanıldı. Müxtəlif ölkələrdən müasir silahlar alındı. 1999-cu ildə Xüsusi təyinatlı qüvvələrin əsası qoyuldu. Hansı ki, birazdan danışacağımız kimi Şuşanın azad edilməsində müstəsna rolları oldu. Xarici ölkələrə səfərlər nəticəsində məhv edilmiş xarici əlaqələr öz axarına düşdü.

Ulu Öndər 2003-cü ildə haqqın rəhmətinə qovuşandan sonra keçirilən prezident seçkilərində İlham Əliyev qalib gəldi. İlk olaraq, danışıqlar prosesini davam etdirməyi seçən İlham Əliyev müxtəlif ölkələrdə, Ermənistan rəsmiləri ilə görüşlərə start verir. Danışıqlar prosesində Ermənistanın əsas istəyi vaxt uzatmaq, Azərbaycan tərəfini bezdirmək, beynəlxalq təşkilatların fəaliyyətsizliyindən istifadə edərək, işğalı davam etdirmək idi. Azərbaycan isə hər vəchlə müharibədən yan keçərək, münaqişəni sülhlə həll etmək istəyirdi. Ermənistan rəsmilərinə ən yüksək muxtariyyət forması olan “Aaland adaları” modeli belə təklif edilmişdi amma onlar öz maksimalist istəklərinə çatmaq üçün bundan da imtina etmişdilər.

Cəbhədə atəşkəsin davamlı olaraq pozulması isə davam edirdi. Bu dövrdə təxminən 2000 əsgər şəhid olmuşdu.

Torpaqlarımızın birdəfəlik azad edilməsinə qədər baş verən döyüşlər içərisində ən iriçaplısı olan və çərti olaraq “İkinci Qarabağ müharisbəsi üçün məşq” adlandıra biləcəyimiz əməliyyat 2016-cı ilin aprel ayında baş tutmuşdur. Ədəbiyyatlarda “Aprel döyüşləri adlandırılan əməliyyat 2016-cı ilin 1-5 aprel tarixlərində baş vermişdir. Atəşkəs sazişindən sonra baş verən ən şiddətli döyüş kimi tarixə düşmüşdür. Döyüşlər erməni tərəfinin aprrelin 1-dən 2-ə keçən gecə başlayan təxribatı nəticəsində başlamış və ermənilərin geri oturdulması, keçilməz hesab olunan “Ohanyan xətti”nin dağıdılması, həmçinin Tərtər rayonunun Talış kəndi, Cəbrayıl rayonunun Lələtəpə, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və mühüm yollar Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Ümid etmək olardı ki, düşmənlərimiz bundan dərs çıxaracaq, keçilməz deyilən sədlərin 18 dəqiqəyə yarılmasını görüb müharibədən əl çəkəcəkdilər. Amma belə olmadı.

Nəhayət, 2020-ci ilin sentyabr ayı gəlib çatdı. Azərbaycan xalqının səbr kasasının daşdığı və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun torpaqlarımızı azad etməyə başladığı tarix. Qələbə haqqında danışmamışdan qabaq gedən proseslərə baxaq. 2018-ci ildə Ermənistanda çevriliş baş verir. Əli azərbaycanlıların qanına batmış Serj Sarkisyan hakimiyyətdən devrilir. Keçirilən seçkilərdə Nikol Paşinyan qalib gəlir. Azərbaycan tərəfi Nikol Paşinyandan münaqişəni bitirmək üçün konstruktiv addımlar gözləyirdi lakin proseslər əks istiqamətdə getməyə başlayır.

● İlk olaraq, Paşinyan Şuşa şəhərinin işğalının 26-cı ili tamam olanda Şuşaya səfərə gedir. Burada populist bəyanatlar verən Paşinyan oğlunun hərbi xidməti Qarabağda keçirəcəyini bildirir. Qeyd etmək lazımdır ki, qondarma rejimin varlığını heç Ermənistan özü rəsmi şəkildə tanımırdı. Belə olan halda Paşinyanın bu çıxışı əslində işğal faktının təsdiqlənməsi idi.
● 2019-cu ilin avqust ayında Paşinyan yenidən qanunsuz olaraq, Qarabağ bölgəsinə səfər edir və burada “birləşmək” haqqında çağırışlar edir. “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini işlədir. Həmin ifadəyə cavab olaraq Azərbaycan prezidenti Cənab İlham Əliyev 2 ay sonra “Valday” konfransında məşhur “Qarabağ Azərbaycandır və nida” ifadəsini işlədir. Bu ifadə geniş xalq kütlələri tərəfindən çox müsbət qarşılanır.
● 2019-cu ilin iyul ayında Tovuz şəhəri istiqamətində Ermənistanın təxribatı nəticəsində döyüşlər başlayır. Ermənistanın məqsədi Azərbaycanın əsas neft-qaz kəmərlərinin, həmçinin Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin keçdiyi bölgəyə zərbə vurmaq idi. Hücumun qarşısı alınsa da, Azərbaycan ordusunun bir çox yüksək rütbəli zabiti o cümlədən, Polad Həşimov şəhid olur.
● Həmin ilin avqustunda Ermənistanın o zamankı Müdafiə Naziri David Tonoyan çıxışında Azərbaycanı hədələyərək, “yeni torpaqlar üçün yeni müharibə” deyirdi. Yəni yeni müharibə olsa, Ermənistan yeni ərazilər qazanacaq. ( Ermənistanın nə qazandığını hamımız gördük)
● 2019-cu ilin sentyabr ayında qondarma rejimin o zamankı “rəhbəri” “parlament binasının” Şuşa şəhərinə köçürüləcəyini bildirmişdi və yeni bina üçün tikinti işləri başlamışdı.
Bütün bu sadalanan hallar Ermənistan tərəfindən edilmiş təxribatlar idi və müharibəni qaçılmaz edirdi və 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun əks-hücumu ilə İkinci Qarabağ müharibəsi başlandı. Müharibə 44 gün davam etdiyi üçün “44 günlük müharibə”, həmçinin “Dəmir Yumruq” əməliyyatı da adlandırılır. Müharibədə Azərbaycan Ordusu böyük şücaət göstərərk, Fizüli, Cəbrayıl, Ağdam, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa, Hadrut, Suqovuşan və s. bölgələrimiz işğaldan azad edildi. Ermənistan ordusu darmadağın edildi. Tək bir faktı qeyd etmək kifayətdir ki, həmin günlərdə Ermənistan ordusunda minlərlə fərari olduğu halda, Azərbaycan xalqı könüllü olaraq cəbhəyə getmək üçün hərbi komissarlıqlara axın edirdi. Həmin günlərdə nəinki sıravi erməni əsgərləri erməni generalları belə döyüş mövqelərini qoyun qaçırdı. Nəhayət Ermənistan noyabr ayının 10-da kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Azərbaycan tərəfi müharibə boyunca 2895 şəhid vermişdi. Allah hər birinə rəhmət eləsin!

Amma proses bununla yekunlaşmamışdı. Ermənistan hətta bundan sonra belə öhdəliklərinin icrasından imtina edirdi. Məsələn, Qarabağda hələ də. Ermənistan Silahlı Qüvvələrinin bölmələri qalırdı. Dəfələrlə, edilən tələblərə baxmayaraq, bu bölmələr ərazidən çıxarılmırdı. Bu təbii ki, sülh prosesinə ciddi zərbə yetirirdi. Çünkü heç bir dövlət ərazisində düşmən ölkənin ordusu ola-ola həmin ğlkə ilə sülh bağlamaz. Belə olan halda geriyə sadəcə bir seçim qalırdı: Anti-terror əməliyyatı.

Separatizmi torpaqlarımızdan tamamilə silib atacaq anti-terror əməliyyatının başlanması 2023-cü ilin 19 sentabr tarixində başlanmışdır. Buna qədər isə bölgədə qalan Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın mülki aviasiyasına qarşı təxribatlar baş verirdi. Həmçinin həmin gün gecə saatlarında Azərbaycan DİN hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi erməni hərbçisinin basdırdığı minaya düşmüşdü. Nəticədə xalqımız yenidən itki vermişdi. Həmin günü erməni hərbçilərinin atəş açması nəticəsində saat 11 radələrində iki hərbi qulluqçumuz yaralanmışdı. saat 13:00-da isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi bəyanat yayaraq Konstitusiya quruluşunun bərpa edilməsi üçün anti-terror əməliyyatlarının başlandığını bildirmişdir. Nəticədə seperatçılar heç bir sutka belə davam gətirə bilməmiş, təslim olmuşlar. Erməni separatçıları silah-sursatlarını təhvil vermiş, separatçı ordu dağıdılmışdır. Yüksək rütbəli separatçılar isə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdir. Onların siyahısına aiddir:

● Ruben Vardanyan
● Bako Saakyan
● Arayik Arutyunyan
● Levon Mnassakatyan
● David Babayan
● David Manukyan
Həmçinin Xocalı soyqırımında iştirak edən iki şəxs aşkalanaraq, məsuliyyətə cəlb edilmişdir. Onlardan biri Vaqif Xaçaturyan 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, digəri Raşid Beqlaryan haqqında isə istintaq prosesi davam etdirilir. Qondarma rejimin tarixin zibilliyinə atəlmış, separatçı rejim və separatçı ordu dağıdılmış, terrorçular həbs edilmiş, türkün gücü bütün dünyaya göstərilmişdir. Təbii ki, bütün bunlar Azərbaycan torpaqlarında gözü olan bütün qüvvələrə dərs olmalıdır.

Son olaraq, onu qeyd etmək istəyirəm ki, 100 ildən artıq davam edən münaqişə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz və xalqımız tərəfindən qələbə ilə başa çatdırıldı. Ümid edirəm ki, erməni xalqı bu tarixi əqiqətlərdən dərs götürər və qonşuları ilə mehriban əlaqələr qurmağa üstünlük verər, nəinki özgə torpaqlarına göz dikmək, soyqırımı törətmək və digər beynəlxalq hüququ pozan əməllər. Son 100 ildə torpaqlarımıza göz dikən hər kəs məğlub oldu. Postsovet məkanında etnik münaqişə və seperatizm bəlasını ilk dəfə olaraq tam məğlub edən ölkə biz olduq. Nə Ukrayna, nə Gürcüstan, nə Moldova bu bəlalardan hələ də qurtula bilməmişlər. Bütün bu uğurların arxasında təbii ki, çox ağıllı və hər şeyi öncədən görməyi bacaran siyasət durur.

Cavid Rzaquliyev BDU huquq fakultesi, magistr

Son xəbərlər

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər

SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq

Şimali Koreya yeni hərbi dəniz bazası tikir

Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi

Bütün xəbərlər