İsveçin xarici işlər naziri Tobias Billström krallıqda Qurana qarşı təxribat xarakterli hərəkətlər fonunda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin səfirləri ilə danışıqlar aparıb.
Məlumata görə, tədbir çərçivəsində diplomat Stokholmun bu cür nümayişlərlə bağlı mövqeyini açıqlayıb.
“Etimadın bərpası tez başa gələn bir məsələ deyil. Mandatımın əhəmiyyətli bir hissəsini müsəlman ölkələri ilə münasibətlərin qurulmasına həsr edəcəyəm. Bu ölkələrə sentyabr ayında səfər etmək niyyətindəyəm. Onları söhbət və dialoqa dəvət edəcəyik”, - deyə Billström səfirlərlə görüşdən sonra bildirib.
O əlavə edib ki, İsveç hakimiyyəti Qurana zidd hərəkətləri pisləyir və krallığın bu cür nümayişlərin təşkilinə icazə verən qanunvericiliyinin dəyişdirilməsini nəzərdən keçirməyə hazırdır. Billström səfirlərlə görüşün müsbət mənada keçdiyini vurğulayıb.
Qeyd edək ki, iyunun 28-də İsveçdə Quranın yandırılması ilə bağlı aksiya keçirilib və bu aksiya müsəlman dövlətlərinin etiraz və qınaq zəncirinə səbəb olub.
Mənbə: TASS
Son xəbərlər
İsveç Quranın yandırılması ilə bağlı mövqeyini açıqlayıb
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət