Tələbələr təqaüdləri yeni mexanizmlə alacaqlar
Nazir açıqlama verib.
Təhsil Nazirliyi Azərbaycanın ali təhsil sistemində tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı yeni mexanizm hazırlayıb.
Interxəbər xəbər verir ki, APA-nın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, qəbul imtahanında yüksək bal toplayan və dövlət hesabına təhsil almaq hüququ əldə edən tələbələr təhsil aldıqları 4 il ərzində (bakalavriat səviyyəsində) qeyri-kafi qiymətlər almamaq şərti ilə təqaüd almaq imkanı qazanırlar:
“Hazırda bir dəfə keçirilən bilik qiymətləndirilməsi nəticəsində tələbəyə 4 il ərzində dövlət tərəfindən taqaüd verirlir. Ancaq bu mexanizmdə müəyyən boşluqlar və təhsil prosesinə təsir edən amillər var. Təhsil prosesi də müəyyən mənada rəqabətli olmalıdır, bu, daha yüksək nəticələrə gətirib çıxarır”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay