Son günlər Ukrayna Ordusunun Xarkov vilayəti istiqamətində azad etdiyi ərazilərdə ard-arda kütləvi məzarlıqlar aşkarlanır. Rusiya hərbçiləri bu ilin yazında Xarkov vilayətinə hücum zamanı yaşayış məntəqələrindəki döyüşlərdə, eləcə də sonradan işğal müddətində öldürülənlərin küçələrdə qalan meyitlərini yığıb müxtəlif meşə massivlərində kütləvi basdırıblar. Onlar adları ilə yox, sıra nömrələri ilə qeyd olunublar.
Ukrayna Ordusu isə həmin əraziləri azad etdikdən sonra İzyum və Kupinsk rayonları ətrafında aşkar olunan kütləvi məzarlıqlardakı meyitlər oradan daşınıb.
Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlarda olub.
İzyum ətrafında, bu məzarlıqların birinin qonşuluğundakı qəsəbədə yaşayan sakinlər - Raisa və Nadejda şahidi olduqlarını Baku TV-yə danışıblar.
“Həmin gün (Rusiya hücum edəndə) qudam da güllələndi. Bilinmədi, kim güllələdi. Onu kütləvi də basdırmadılar, arvadına təhvil verdilər. Tanışımın əri də ölənlər arasında idi, onu isə kütləvilər arasında basdırdılar. Yanımızdakı meşədə 500-ə qədər meyiti adsız, nömrə ilə basdırdılar. Bütün bu vaxtı bu kütləvi məzarlıqlarla qonşuluqda yaşamışıq. Rusların onları yük maşınları ilə gətirib necə xəndəklərə basdırırdıqlarını gördük”, - deyə Raisa Parşina deyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətində Rusiya Ordusunun işğalı zamanı salınmış daha iki kütləvi məzarlığın aşkar olunduğunu açıqlayıb.
Ətraflı videonu təqdim edirik:
Son xəbərlər
Ukraynalıların kütləvi basdırıldığı yerdən - VİDEOREPORTAJ
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət
İsrail və Livan arasında planlaşdırılan danışıqlar təxirə salındı
İqtisadiyyat
İqtisadi Şuranın iclası keçirildi
Siyasət
Binanın başımıza uçacağını düşünürdük - Tramp
İqtisadiyyat
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
Tarix
Prezident fərman imzaladı
Hadisə
Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
Son xəbərlər