Dünən ali məktəblərə qəbul olan abituriyentlərin siyahısı açıqlandı.

Dominant. "Lent.Az"-a istinadən xəbər verir ki, övladları tələbə adını alanlar arasında həmkarlarımız və digər tanınmış simalar var.

Azad Azərbaycan telekanalının departament direktoru Anar Şükürovun qızı Sunay ADA Universitetinə daxil olub.

İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Namiq Mayılovun oğlu Rəvan Mayılov İqtisad Universitetinə qəbul olunmaqla ailəsini sevindirib.

Bu tanınmışların övladları ali məktəblərə daxil oldular - FOTO


Şair Elşad Barat üçüncü dəfə ali təhsil almaq üçün müraciət edib və İdarəçilik Akademiyasına daxil olub. Qeyd edək ki o, Elşad Barat fəlsəfə doktorudur.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovun oğlu Cavid HüseynovTürkiyədə Hacettepe Universitetinə qəbul olub.

Bu tanınmışların övladları ali məktəblərə daxil oldular - FOTO

Jurnalist Rumiyyə Miraslanın qızı Türkiyədə tibb təhsili alacaq.

Bu tanınmışların övladları ali məktəblərə daxil oldular - FOTO

Başqa bir həmkarımız Raminə Eyvazqızının oğlu Azərbaycan Texniki Universiteti kompyuter mühəndisliyi fakultəsini qazanıb.

Bu tanınmışların övladları ali məktəblərə daxil oldular - FOTO

İçəri Şəhər Dövlət Qoruğunun mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədovanın qızı Dillər Universitetinin tələbəsi adını alıb.

Həmkarımız Elşad Məmmədlinin oğlu onun yolunu davam etdirəcək. O Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsini qazanıb. Jurnalist Nicat Dağların qızı Aycan Hüseynova Milli Aviasiya Akademiyasına qəbul olunub.

Şair–jurnalist Qulu Ağsəsin qızı Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ingilis ədəbiyyatı üzrə təhsil alacaq.

APA-nın redaktoru Ramiz Mikayıloğlunun oğlu Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb. Həmkarlarımız Rauf Rəcəbov, Natiq Qasımov və Elşad Paşasoyun qızları da BDU-nun tələbəsi kimi şərəfli adı daşıyacaqlar.

Bu tanınmışların övladları ali məktəblərə daxil oldular - FOTO

“İnterfaks“ agentliyinin rəhbəri Anar Əzizovun oğlu İqtisad universitetinə daxil olub.