ABŞ Rusiya qazının Ukrayna ərazisindən keçən boru kəmərləri vasitəsilə Avropaya tədarükünün tezliklə bərpasının tərəfdarıdır.
Bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu ideya ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner tərəfindən sentyabr ayında Moskvaya və Kiyevə səfərləri zamanı irəli sürülüb. Təklif Rusiya qazının Avropa sanksiyalarından yan keçmək üçün ABŞ vasitəçisi üzərindən satılmasını nəzərdə tutur.
"WSJ"nin iddiasına görə, Vaşinqton Avropanın qış ərəfəsində rekord dərəcədə aşağı qaz ehtiyatlarına malik olması fonunda bu ideyanı enerji daşıyıcılarının qiymətlərini azaltmaq vasitəsi kimi Avropa liderlərinə də təqdim etməyə çalışıb.
Qəzetin məlumatına görə, Ağ Ev Rusiya qazının satışından əldə ediləcək vəsaitin üçüncü tərəfin yurisdiksiyasında olan eskrou hesabında saxlanılmasını təklif edib.
Vurğulanıb ki, Vaşinqton "Şimal axını" qaz kəmərinin fəaliyyətinin bərpasını Ukrayna böhranının həlli ilə yanaşı, Rusiyanın ABŞ-nin Avropadakı müttəfiqləri ilə uzunmüddətli fikir ayrılıqlarının aradan qaldırılmasını da nəzərdə tutan daha genişmiqyaslı razılaşmanın "potensial mühüm tərkib hissəsi" kimi nəzərdən keçirir.
İqtisadiyyat
ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
Son xəbərlər
Bakının bu ərazisində torpaq kəskin bahalaşdı
Müsahibə
Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
Siyasət
Tramp İranla müharibəyə xərclənən 30 milyardı "qəpik-quruş" sayır
İqtisadiyyat
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
Texnologiya
WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
İdman
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
Siyasət
İran xəbərdarlıq etdi: Avropaya zərbə endiriləcək!
İqtisadiyyat
ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
Son xəbərlər
Xamenei ABŞ ilə danışıqlar aparmaq üçün İran hökumətinə səlahiyyət verdi
Siyasət
Paşinyan: "Müxalifətin zaminlərin himayəsi altında fəaliyyəti siyasi fəlakətlə nəticələnəcək
Siyasət
Çində məmurların əmlakları üzərində nəzarət gücləndiriləcək
Siyasət
Tramp Netanyahu ilə razılaşmadı: İrana hücum...
Siyasət
İsveç xüsusi təyinatlıları rus gəmisini ələ keçirdilər
Siyasət
Vuçiç uduzdu, Serbiyada həbslər başladı
Son xəbərlər