İsrailin Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də keçirilmiş parlament seçkisinin nəticələrini təsdiqləyib.
İnterxəbər Oxu.Az-a istinadən xəbər verir bu səsvermənin yekunlarına təsir göstərə biləcək hər hansı qanun pozuntusu aşkar edilməyib.
Noyabrın 4-də nəticələr rəsmi olaraq ölkə prezidenti İshaq Hersoqa təqdim olunacaq. Bundan sonra o, Knessetə daxil olan partiyaların rəhbərləri ilə məsləhətləşmələr aparacaq və deputatlardan birinə yeni hökuməti qurmağı tapşıracaq.
Bütün səslərin hesablanmasının yekunlarına görə, fəaliyyətdə olan baş nazir Binyamin Netanyahunun "Likud" partiyası 120 yerdən 27-ni qazanıb.
Qadi Ayzenkotun rəhbərlik etdiyi əsas müxalifət partiyası "Yaşar" isə 21 mandat əldə edib. Netanyahu bloku 53, müxalifət isə 48 yerə sahib olub, daha 19 mandat ərəb partiyalarına çatıb. Lakin hökumətin formalaşdırılması üçün ən azı 61 yer tələb olunduğundan hələlik heç bir siyasi blok lazımi səs çoxluğuna malik deyil.
İlk namizədə Nazirlər Kabinetini qurmaq üçün 28 gün vaxt veriləcək və bu müddət daha iki həftə uzadıla bilər. Əgər cəhd uğursuz alınarsa, bu hüquq digər deputata keçəcək.
Danışıqlar 90 gün ərzində nəticəsiz qalarsa, ölkədə yenidən seçki keçirilə bilər. Yeni kabinet vəzifəsinin icrasına başlayana qədər Netanyahu baş nazir səlahiyyətlərini yerinə yetirməyə davam edəcək.
Siyasət
İsraildə seçkinin nəticələri təsdiqləndi: Netanyahunun hökumət qurmaq üçün səsləri çatmır
Siyasət
İsraildə seçkinin nəticələri təsdiqləndi: Netanyahunun hökumət qurmaq üçün səsləri çatmır
Mədəniyyət
Zelenski Melaniya Trampı təltif etdi
Son xəbərlər
Rusiya Ukraynada AES-i vurdu - Xəbərdarlıq
Son xəbərlər
Bakının bu ərazisində torpaq kəskin bahalaşdı
Müsahibə
Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
Siyasət
Tramp İranla müharibəyə xərclənən 30 milyardı "qəpik-quruş" sayır
İqtisadiyyat
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
Texnologiya
WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
İdman
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
Siyasət
İran xəbərdarlıq etdi: Avropaya zərbə endiriləcək!
İqtisadiyyat
ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
Son xəbərlər
Xamenei ABŞ ilə danışıqlar aparmaq üçün İran hökumətinə səlahiyyət verdi
Siyasət
Paşinyan: "Müxalifətin zaminlərin himayəsi altında fəaliyyəti siyasi fəlakətlə nəticələnəcək
Siyasət
Çində məmurların əmlakları üzərində nəzarət gücləndiriləcək
Siyasət