Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov qəsəbədə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Bünyad Qasımov: “Cənab Prezident, bu, yeni işıqlandırma sistemidir”.

Prezident İlham Əliyev: “Qənaətlə işləyir?”

Bünyad Qasımov: “Cənab Prezident, bunlar yerli, Azərbaycanda istehsal olunan divarüstü işıqlardır. Bütün kənd 100 faiz tam işıqlıdır”.

Prezident İlham Əliyev: “İşıqlandırılıb. İş yerləri də yaradılıb”.

Bünyad Qasımov: “300 iş yeri artıq mövcuddur. Planlaşdırmışıq, ilin sonuna qədər 450-yə qədər iş yeri açdıraq”.


Bildirilib ki, Ramana qəsəbəsində yenidənqurma işləri yekunlaşıb, qəsəbədaxili yollar asfaltlanıb, divar və dam örtükləri yenilənib, küçələrin işıqlandırılması həyata keçirilib. Qəsəbənin Həsənbəy Zərdabi, Xanlar, Mirzəağa Əliyev, Əbdürrəhman bəy Haqverdiyev və qəbiristanlıq ətrafı küçələri tamamilə yenilənib. Həmçinin ərazi tullantılardan təmizlənib.

Diqqətə çatdırılıb ki, Ramana qəsəbəsi Abşeron ərazisində turizm marşrutlarına daxil edilə biləcək abidələrlə zəngindir. Onlardan biri qəsəbənin girişində əzəməti ilə diqqəti cəlb edən, XII-XIV əsrlərə aid olduğu bildirilən Ramana qalası yüksək nöqtədə yerləşir. Ehtimal edilir ki, divarlarının hündürlüyü 15 metr olan qala müdafiə məqsədilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub. Məşhur “Koroğlu”, “Nəsimi” və “Babək” filmlərinin müəyyən səhnələri Ramana qalasında çəkilib.

Dövlətimizin başçısı qalada aparılan bərpa işləri ilə tanış olub.

Ramananın qədim abidələrindən biri də Novruzqulu hamamıdır. Prezident İlham Əliyevə bu qədim hamam barədə də məlumat verilib. Bildirilib ki, keçmişdə hamamda dörd quyu fəaliyyət göstərsə də, indi onlardan üçü mövcuddur. Novruzqulu Babakişi oğlunun adını daşıyan hamam Abşeron yarımadasında yeganə tikilidir ki, onun sənədləri toplanıb və təsdiqlənib. Hamamın binasında keyfiyyətli bərpa işləri görülüb.

Qeyd edilib ki, Ramanada yenidənqurma işləri zamanı ətraf mühitin qorunması, qəsəbənin ekoloji vəziyyəti prioritet məsələlərdən biri olub.

Dövlətimizin başçısına Ramanada əhalinin məşğulluğunun artırılması sahəsində görülən işlər barədə də məlumat verilib. Qeyd edilib ki, qəsəbədə xalçaçılıq müəssisəsi və satış mağazası açılıb. Yaradılan yeni iaşə və xidmət obyektlərində məhsulların istehsalı və satışı həyata keçirilir. Bu obyektlər müştərilərə yüksək səviyyədə xidmət göstərmək, onların rahatlığını təmin etmək üçün zəruri vasitələr və avadanlıqlarla təchiz olunub.

Məlumat verilib ki, Pirşağıda hazırlanan quru meyvələrin satışı da Ramanada həyata keçiriləcək. Səyyar satış obyektləri və köşklərin quraşdırılması ilə məşğulluğun artırılmasına nail olmaq, həmçinin yerli əhali və turistlərin ehtiyaclarını qarşılamaq mümkündür.

Ramanada reallaşdırılan layihələrdən biri də vertikal bağçılıq layihəsidir. Layihənin məqsədi özünəməşğulluğun artırılmasına, aztəminatlı ailələrin daha çox gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların genişləndirilməsinə, bitkiçiliyin və kənd təsərrüfatı məhsulları emalının inkişafına töhfə verməkdir.

Dövlətimizin başçısı Ramanadakı evlərdən birinin həyətində qəsəbə sakini ilə söhbət edib.

Prezident İlham Əliyev: “Salam, necəsən?”
Sakin: “Sağ olun, yaxşıyam”.

Prezident İlham Əliyev: “Sənin evindir?”

Sakin: “Bəli. Yeni abadlaşdırılmış Ramana kəndimizə xoş gəlmisiniz. Hər zaman Siz gələsiniz”.

Prezident İlham Əliyev: “Çox sağ ol”.

Sakin: “Gördüyünüz bu evdə şəhid əmim Allahverdi Allahverdiyev qalıb”.

Prezident İlham Əliyev: “Birinci Qarabağ müharibəsi şəhidi?”

Sakin: “Bəli, Birinci Qarabağ müharibəsinin veteranı Fərzəli Fərzəliyev babamdır, əmim də var Namiq Allahverdiyev, o da müharibə veteranıdır”.

Prezident İlham Əliyev: “Sən bu işlə də məşğul olursan?”

Sakin: “Bəli, cənab Prezident”.

Bünyad Qasımov: “Damcı üsulu ilə suvarmadır”.

Prezident İlham Əliyev: “Çiyələkdir?”

Bünyad Qasımov: “Bəli, çiyələkdir. Yenidir, 10-15 gün olar. Bir-iki aydan sonra buralar hamısı yaşıl olacaq, cənab Prezident”.

Prezident İlham Əliyev: “Çox yaxşı”.

Bünyad Qasımov: “Qışda göyərti, yayda da çiyələk əkilir”.

Prezident İlham Əliyev: “Görürəm bu ev də, həyəti də təmir olunub”.

Bünyad Qasımov: “Ümumiyyətlə, Sizin tapşırığınıza və göstərişinizə əsasən, evlərin damları, qapıları, divarları, darvazaları əsaslı təmir edilib. Şəhid və veteran ailələrinin evlərinə xüsusi diqqət yetirilib”.

Prezident İlham Əliyev: “Çox yaxşı. Sağ olun”.

Ramana həm də ovdanları ilə məşhurdur. Qəsəbədə bərpaolunan tarixi abidələrdən biri də el arasında 40 pillə adlanan su ovdanıdır. Azərbaycan ərazisində, Abşeron yarımadasında və ona qonşu ərazilərdə ovdanlara daha çox təsadüf edilir. Bu yerlərdə içməli su mənbələri çox az olduğundan XVI-XVIII əsrlərdə içmək üçün yararlı olan lay sularından istifadə edilməsi məsələsi aktuallaşıb və ovdanlar yaradılıb. Bu qurğuların tikintisi XX əsrə qədər davam edib.

Prezident İlham Əliyevə su ovdanında görülən təmir-bərpa işləri barədə məlumat verilib.

Ramana sakinlərinin həm sağlam həyat tərzi, həm də asudə vaxtlarını səmərəli keçirmələri üçün qəsəbədə İdman Mərkəzi inşa olunub. Mərkəzdə qapalı idman zalı, minifutbol meydançası yaradılıb.

Dövlətimizin başçısı Ramana İdman Mərkəzində yaradılan şəraitlə də tanış olub.



İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub - FOTO/VİDEO
İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub - FOTO/VİDEO
İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub - FOTO/VİDEO
İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub - FOTO/VİDEO
İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub - FOTO/VİDEO
İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub - FOTO/VİDEO
İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub - FOTO/VİDEO
İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub - FOTO/VİDEO
İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub - FOTO/VİDEO
İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub - FOTO/VİDEO
İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub - FOTO/VİDEO
İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub - FOTO/VİDEO

Son xəbərlər

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Azərbaycan Prezidenti monqolustanlı həmkarını təbrik edib

Bütün xəbərlər