"Ukraynanın qələbəsi avtoritar Putin rejiminin məğlubiyyəti, humanizm dəyərlərinin qələbəsi deməkdir"
Zelenski əvvəllər rusiyalılara təqdim edilən mükafatın laureatı olub
Ukrayna prezidenti Vladimir Zelenski cəsarətinə görə 2022-ci ilin Boris Nemtsov mükafatının laureatı olub.
Moderator.az xəbər verir ki, bu barədə "Nemtsov Fondu"nun saytında məlumat verilib.
Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən sonra təşkilat bu mükafatı Ukrayna nümayəndələrinə də nominasiya etməyə qərar verib.
Namizədlər sırasında Kiyevin meri Vitali Kliçko, "Elza okeanı" qrupunun lideri Svyatoslav Vakarçuk, üç aydır Rusiya əsirliyində olan könüllü tibb işçisi Yuliya Payevskaya (şərti adı "Tayra"), Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç və başqa ukraynalılar olub.
Fondun təsisçiləri və Şurasının reytinq səsverməsinin yekunlarına görə, Ukrayna prezidenti Vladimir Zelenski qalib olub.
"Nemtsov Fondu Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyir. Boris Nemtsovun özü də Ukraynaya qarşı müharibənin əleyhinə çıxış edib. O, anlayırdı ki, Putin Ukraynaya qarşı müharibə törətmək istəyir, çünki bu ölkə Avropanın bir parçası olmaq istəyir.
Mən Ukraynaya tezliklə qələbə arzulayıram və bunu vətənpərvər mövqe hesab edirəm, çünki Ukraynanın qələbəsi avtoritar Putin rejiminin məğlubiyyəti, humanizm dəyərlərinin qələbəsi deməkdir", - Fondun həmtəsisçisi, 27 fevral 2015-ci ildə Moskvada qətlə yetirilən Nemtsovun qızı Janna Nemtsova deyib.
2016-cı ildən Fond bu mükafatı "ifadə azadlığı uğrunda mübarizəyə xüsusilə sadiq olan və siyasi, irqi və ya dini təqiblərə məruz qalanlara kömək edən" insanlara təqdim edir.
Ötən illərdə yalnız Rusiya vətəndaşları-siyasətçilərdən Aleksey Navalnı və Lev Şlosberq, vətəndaş cəmiyyətinin fəalları Konstantin Kotov, Anastasiya Şevçenko, Eldar Dadin və Nadejda Mityuşkina Boris Nemtsov mükafatıma layiq görülüb.
Son xəbərlər
Zelenski cəsarətinə görə 2022-ci ilin Boris Nemtsov mükafatının laureatı oldu...
İdman
Canni İnfantino İlham Əliyevə təşəkkür etdi
Tarix
Bakıda tarixi bina təmir olunacaq - 2,8 milyon ayrıldı
Hadisə
Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
Müsahibə
Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı
Siyasət
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pislədi
Siyasət
Paşinyanın növbədənkənar seçki bəyanatı iqtidarda təşviş yaratdı
İdman
Arsen Venger Bakıda keçiriləcək dünya çempionatının əhəmiyyətindən danışıb
Müsahibə
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
Son xəbərlər
Xəbərdarlıq: Ərzaq və su ehtiyatı toplayın
Siyasət
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdular
İqtisadiyyat
Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırılacaq
Siyasət
Ermənistan çobanı Azərbaycana qaytarır
Siyasət
Bu, ABŞ-a məqsədlərinə çatmağa imkan verməyəcək - Pezeşkian
Siyasət
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
Son xəbərlər