Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub » İnterxəbər.Az
interxeber.az » Son xəbərlər » Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub


Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub

24-08-2021, 17:52
Oxunub: 77
Çap et
Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-dan Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Reytinq: