Azərbaycanı qələbəyə aparan yolda əhəmiyyətli cığır açan 2016-cı ilin Aprel döyüşləri və ondan az sonra başlayan danışıqlar prosesləri ilə bağlı yeni detallar üzə çıxır.

Dördgünlük müharibənin danışıqlar masasında Azərbaycana həm diplomatik, həm də siyasi üstünlük qazandırması Ermənistanı dalana dirəyir.

Halbuki Ermənistan ordusu yazın başlanğıcından – 2016-cı ilin martın 31-dən etibarən böyük ümidlərlə yola çıxmışdı, amma bu, onlara baha başa gəlir. Yeni ərazilər işğal etmək azuları qursağında qalır, səbəb isə o idi ki, Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycanın gücünü və əks-hücum əməliyyatlarının miqyasını düzgün dəyərləndirə bilmir.

Qarabağ səmasında intihar dalışları – “Ara, qaçın”

Ermənistanın keçilməz kimi sırıdığı, mifik “Ohanyan” müdafiə xətti tez bir zamanda yarılır, Azərbaycan Ordusu ikinci, üçüncü müdafiə eşalonlarına qarşı yön alır.

Əks-hücum əməliyyatlarının miqyası Ermənistan ordusunun dərinliyinə nüfuz edir, pilotsuz zərbə aparatı “Harop” Qarabağ səmasında intihar dalışları ilə düşmənə sarsıdıcı zərbələr endirir.

İlham Əliyev Aprel müharibəsi ilə bağlı bəzi təfərrüatları ilk dəfə açıqlayır – TƏHLİL
Bunun ardınca – iyunun 20-də Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan Prezidenti Serj Sarqsyanın görüşü keçirilir. Bundan sonra isə “Sasna Tsrer” daha da aktivləşir, Sarqsyanı ərazi vədləri verməkdə təqsirləndirir. Zaman keçdikcə bunun doğru olduğu üzə çıxır.

İlham Əliyev diqtə edib

Vyana görüşündə İlham Əliyevin bağlı qapılar arxasında irəli qoyduğu şərtlər Serj Sarqsyanı çətin duruma salır, amma özünə də vaxt qazana bilir. İlham Əliyevin şərtləri konkret və aydın idi – Ermənistan işğal etdiyi torpaqlardan çıxsın.

Vaxt qazanan Sarqsyan Sankt-Peterburqda dalana dirənir və ərazi vədləri verir.

Elə o zaman Ermənistan ekspert çevrələri Sarqsyanın Sankt-Peterburq görüşündə miskin duruma düşdüyünü deyirdilər.

Sarqsyanın aciz vəziyyətə düşdüyü iki mənada göstərilirdi, birincisi Sarqsyan Rusiyada səfərdə olarkən dövlət çevrilişinə hazırlaşan “Sasna Tsrer” üzvlərini həbs etdirmişdi.

İkincisi, bir sıra erməni analitik qeyd edirdi ki, Sarqsyan Rusiya lideri Vladimir Putindən münaqişəni tənzimləməyi xahiş edib, İlham Əliyev isə torpaqların qaytarılması tələbini irəli sürüb.

Elə bu mövzuda – Aprel döyüşlərində Ermənistanın hərb meydanında məğlubiyyəti və diplomatik müstəvidə diz çökməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyev bəzi detalları ilk dəfə açıqlayıb.

Prezident fevralın 26-da xarici və yerli media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib: “Bir halda ki, söhbət düşüb, onu da deyim. Bizə vəd verildi ki, onlar bütün ərazilərimizdən rədd olacaqlar. Şəxsən Sarqsyan Rusiyadakı görüşümüzdə belə vədlər vermişdi. O, aprel döyüşlərindən sonra bu ərazilərdən rədd olmaq üçün iki həftə vaxt xahiş etdi. Bəs, nəyə görə o vaxt o, Ohanyanı müdafiə naziri vəzifəsindən azad etdi. Son məqamda həmin Ohanyan Şuşadan qaçdı. Guya Şuşanı müdafiə etməyə gəlmişdi. Müdafiə edəydi! O, orada, bizim torpağımızda doğulub. Bəs, nə üçün müdafiə etmədi? Nə üçün qaçdı? İndi mitinqlərdə lovğalanır, nəyə görə lovğalanması aydın deyil. Sarqsyan onu 2016-cı ilin aprelində hərbi qələbəyə görə işdən çıxarmışdı? Sarqsyana möhlət də verildi. O, iki həftə vaxt istəmişdi. Bu hadisə mənim və Prezident Putinin yanında olub. İki həftə keçdi, sonra isə ya özü təşkil etdi, ya da orada nə isə baş verdi, polis məntəqəsi tutuldu. Buna görə dedi ki, indi bunu edə bilmərəm. İndi vəziyyət gərginləşib, orada terrorçular var, mən terrorçularla vəziyyəti aydınlaşdırmalıyam. Beləliklə, işi 2018-ci ilə qədər uzatdı. Buna görə də heç bir məsələ həll edilmədi”.

Serj Sarqsyanın müsahibəsindən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Aprel müharibəsində ölkəsinin hücum, Azərbaycanın isə əks-hücum başlatdığını deyib.

Onun sözlərinə görə, Sarqsyan güclü əks-hücum əməliyyatlarından sonra Rusiyaya üz tutub və ərazi vədləri verib.

Aprel döyüşlərinin əhəmiyyəti

Dördgünlük müharibə ATƏT-in Minsk Qrupunun konfliktin həllində səylərini stimullaşdırır. Düzdür, bu səylər effektiv nəticə hasil etmir. Ancaq Aprel müharibəsi beynəlxalq səylərin gücləndirilməsi baxımından əhəmiyyətli idi.

İkincisi, Azərbaycan təxirəsalınmaz tədbirlərlə siyasi dəstəyin qazanılması yolunda diplomatik səyləri daha da gücləndirir, paralel olaraq müharibədə əsaslı nəticə əldə etmək üçün ən müasir silahların tədarükünü həyata keçirir.

Üçüncüsü, Aprel müharibəsi 44 günlük Vətən müharibəsində keçirilən əks-hücum əməliyyatlarını asanlaşdırıb, axı böyük ərazilərin işğaldan azad edilməsi üçün apreldə alınan strateji yüksəklilər böyük önəmə malik idi...

Prezident İlham Əliyevin mesajlarından çıxan nəticələr isə bunlardır:

Ermənistan rəhbərliyi həmişə yalan tirajlayıb, bunun yedəyində vaxt qazanmaq istəyib;

Azərbaycan öz gücü hesabına hüququ və ədaləti bərpa etməyə qadirdir.
İlham Əliyev Aprel müharibəsi ilə bağlı bəzi təfərrüatları ilk dəfə açıqlayır – TƏHLİL

Son xəbərlər

Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib

ABŞ və Britaniyanın maliyyə nazirləri arasında İranla bağlı QALMAQAL

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı

Trampdan İran açıqlaması: Buna imkan verməyəcəyik!

Sabirabadda “LevelUP” Karyera Forumu keçirilib.

Trampdan Konqresə: Müharibə bitdi

Sabirabadda Kür çayı məcrasından çıxdı - VİDEO

Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü

Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi

ABŞ İran tankerini ələ keçirdi

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

İlk mərhələ başlayır: Ukrayna nə vaxt AB üzvü olacaq?

Porsche" "Bugatti" brendindən imtina edir

Prokurorluq 70 yaşlı icra başçısını yoxlayır

İsrail məni heç vaxt buna məcbur etməyib - Tramp

Prezidentdən bir sıra qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı FƏRMAN

Lukaşenko ABŞ ilə "böyük razılaşma"ya hazır olduğunu bildirib

İran hava məkanını qismən açdı

Donald Tramp Si Cinpinlə görüşünün tarixi xarakter daşıyacağına ümid edir

Putinin iqamətgahının ətrafına əlavə “Pantsir”lər quraşdırıldı

Səudiyyə Ərəbistanı "Şərq-Qərb" boru kəmərinin işini bərpa edib

İran əllərini tətikdən çəkməyəcək - Pezeşkian

Keşləni su basdı: Nazir müavini hadisə yerində - Video

SAXAL İranda 120 hədəfi atəşə tutub

ABŞ xüsusi təyinatlıları İranda əməliyyat keçirdi

Vilayət Eyvazov rəislərə tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü

İslandiya və Norveç təhlükəsizlik təminatı üçün Aİ-ə üzv olmaq istəyirlər

Qurbanov ilk dəfə baş hakim kimi təyinat aldı

İran Hörmüzlə strateji qələbə qazandı

Ukrayna Pasxa atəşkəsinə hazırdır - Zelenski

Hakan Fidan Pakistan XİN başçısı ilə görüşdü

ABŞ əsgərlərini yandırmaq üçün gözləyirik - Qalibaf

İran İsrailin Modiin şəhərinə zərbələr endirdi

Bütün xəbərlər