Madlen Olbraytdan Putinlə bağlı ilginc açıqlama
"Putin ayrı-seçkilik yaratmaqla Avropa İttifaqını parçalayaraq, NATO-nu öz təsir dairəsi hesab edilən ərazilərdən uzaqlaşdırmaq istəyir".
Interxeber.az xəbər verir ki, bu fikri ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt “Die Press”ə müsahibəsində bildirib.
M. Olbrayt hesab edir ki, Rusiyanın Suriyada və Ukrynadakı hərbi əməliyyatlarının kökündə də məhz bu plan dayanır.
“Rusiya hər zaman digər ölkələri təxribata çəkir və sonra da özünü təhqir olunmuş kimi təqdim etməyə çalışır. Ondan sonra Moskva daima özünü təmiz çıxarmağa çalışır”,- sabiq dövlət katibi vurğulayıb.
M. Olbraytın fikrincə, Rusiya Suriyada hərbi əməliyyatları ona görə başladı ki, dünya ictimaiyyətinin diqqətini Ukraynadan yayındrısın, eyni zamanda Yaxın Şərqdə öz təsir dairəsini möhkəmləndirsin: “Baxmayaraq ki, Putinin əlindəki kartlar çox pisdir, ancaq ağıllı olduğundan onlardan istifadə etməyi yaxşı bacarır. O bu yolla Avropa Birliyi ölkələri arasında ayrı-seçkilik yaratmaqla, qurumu parçalayıb, NATO-nu öz təsir dairəsi hesab etdiyi bölgələrdən sıxışdırıb çıxarmaq istəyir”.
M. Olbrayt onu da əlavə edib ki, bu məqsədlə Putin ölkəsində millətçiliyi müdafiə etməklə iqtisadi böhranı gizlətməyə çalışır: “Çünki Rusiya sözün əsl mənasında nüvə arsenalına malik olan Banqladeşdir”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay